Gülnarə İsrafilqızı- YALTAQLANA BİLMİRƏM

Bu yazıya counter dəfə baxılıb




Yaltaqlana bilmirəm, Yaltaqlıq itə yaraşır. Tüklərin arasında, Böyüyən bitə yaraşır.
Yaltaqlana bilmirəm! Yediyim halal tikədir. Mənim tikəm lap balaca, Yaltağın yemi yekədir.
Yaltaqlana bilmirəm, Qürurumu didib yeyir. İsmətim öz hicabını, Yaltaq qısa yupqa geyir.
Yaltaqlana bilmirəm, Beş arşın ağ daşıyıram. Yaltaq zər-ziba içində, Kəfənimdə yaşayıram. Yaltaqlana bilmirəm!
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ