- Ona baxıb fikirləşirəm. Hər şey necə də son məqamda bu cür oldu deyə, hey düşünürəm, əvvəldən indiyə qədər bir qərara gələ bilməsəm də. Gözlərində ümid görürəm yerdəkinin, hər soyuducunu açanda qarşımda durub mənə baxır və nə isə deyir özüsayağı. Ya ağlayır, ona nə isə verim deyə, ya gülür ona nə isə verəcəyimi düşünür bəlkə, ya özünü yazıqlığa vurur, ya da sinəsini qabardaraq yeri cırmaqlayır və məni qorxutmağa başlayır. Görəsən qorxuram?! Az əvvəl gördüklərim haqda düşünmək üçün ortamdan uzaqlaşıram və üz tuturam özüm tərəfimdən bilinməyən bir yerə. Düşünürəm, sonra fikirləşirəm, amma mütləq bir qərara gəlmirəm. Bu məndə yaradılışdan belədir. Amma dəqiq bilmirəm ya suyundandır ya havasından. Getdiyim yerdə biri mənə tərəf baxır və bəlkə də mənə... Addımlarımı sürətləndirib ünvana çatmaq istəyirəm, deyəsən oturmaq üçün. Bir yerdə dururam və bəlkə də o yer mənim çatmaq istədiyim ünvandır. Ehmalca otururam. Bayaq gördüyüm mənzərə də üzü mənə tərəf və qarşımda oturur, bir də deyəsən mənə ya sarı yada dəqiq deyə bilmirəm böyük ehtimalla qırmızı baxır. Düşünürəm, mənə necə baxdığını analiz etməyə çalışıram. Üstündən nə qədərsə keçir, nə imkan verir bayaq uzaqlaşdığım ortam haqqında düşünəm, nə də mənə necə baxdığını hiss etməyə çalışam. Nəhayət yaxınlaşmaq qərarına gəldiyini sezirəm içimdən, görəsən düzdür? Yaxınlaşacaq? Suallar qatar kimi keçir ya qəlbimdən, ya ağlımdan dəqiq deyə bilmərəm. Və..., yox, ola bilməz... Heç gözləmədiyim məqamda tamaşaçılar əl çalır, pərdələr qapanır, işıqlar yanır, xəyallar uçur, mən tapdım ...bəs siz?
"eqoist": Unknown
Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ