Gültən Qədirli- İntihar cəhdlərinə görə günahkar kimdir?

Bu yazıya counter dəfə baxılıb
 
          
 Son dövrlərdə intiharın artmasının və əsasən yeniyetmələr arasında artmasının səbəbi nədir? İntihar cəhdlərinə görə kimi qınamalıyıq, özümüzü,  yəni cəmiyyəti yoxsa intihar edənin özünü? İntihar etmək istəyən cox vaxt qabaqcadan məktub yazıb qoyur, xəbərdarlıq edir, günahi ətrafinda, cəmiyyətdə  görür. Cəmiyyət isə intihar edənin özündə görür və intihar edənin özünü qınayır. İntihar edən cəmiyyəti, cəmiyyət isə intihar edənı günahkar sayır. Amma nədənsə tam dərinə gedib günahkarın kim olduğu araşdırılmır. Bir müddət keçdikdən sonra isə intihar edən də, əsl günahkarın kim olduğunu araşdırmaq  da, ümumiyyətlə hər şey yaddan çıxır və sanki heç nə olmayıb. Mən şəxsən elə özüm də intihar cəhdlərinin artmasını özümüzdə, yəni cəmiyyətdə görürəm. Çünki fikir verirəm, hərdən insanlar sanki öz həyatlarıyla yanaşı digər bir insanın da  həyatını idarə etmək istəyir. Sonda da 22 Yanvar 2014-cü il  tarixində  Şahmarlı İsa cəmiyyətdən bezib intihar edir.  İntihar etməkdən əvvəl öz facebook səhifəsində status yazib, son cümləsi belə olub: “Bu dünya mənim rənglərimi daşıya biləcək qədər güclü deyil. Əlvida ”
Görəsən həqiqətənmi bu dünya intihar edənlərin rənglərini daşıya biləcək qədər güclü deyil və səbəb də insanların qınagıdırmı?

22 Yanvar, 2014
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ