Gülnarə İsrafilqızı- Ey şəhidim!

Bu yazıya counter dəfə baxılıb













Yaralarımın üstündə Hündür binalar tikilir. Gün düşməsin yaddaşıma... Sən bir şəhid oğlu şəhid Mən dözürəm. Sən dözməzsən yadlaşıma. Vətən üçün can qoymusan.. Tank altında yoğrulmusan. And yazılıb baş daşına. Sən varansa mən də varam, Ey şəhidim. Sən yoxsansa mən də yoxam. Səndən sonra Tank altında yoğrularam. Bu milləti sənin kimi İgid oğul var eylədi. Xalqın sənlə qürur duydu, Sən vətənə oğul oldun! Vətən sənlə fəxr eylədi. Ey şəhidim!
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ