Azərbaycan fədakar və çox zülmətlər görmüş xalqdır. Keçmişdə
xarici ölkələrin təcavüzünə məruz qalan bu xalqın çox itkiləri olub. Ölkəmizin
20%torpaqları erməni faşistləri tərəfindən zəbt olunub,düşmən tapdağı altındadır,
millətimizin ən yaralı yeri Dağlıq Qarabağdı. Bu gün Azərbaycanın ən gözəl,
dilbər güşələrindən biri olan Qarabağ, ermənilərin əlindədir. Çox ürəkağrıdıcı
faktdır kı, Azərbaycan torpağı olan Qarabağ düşmənin torpağı kimi gələmə
verilir.Halbuki ermənilər o torpaqlarımızı zəbt edərək, həyasızcasına öz
adlarına çıxırlar.Ancaq bu, yalandır. Qarabağ tarixən Azərbaycan torpağı olub və
olacaq da.Bu, belə qalmayacaq, artıq qələbənin bir addımlığındayıq. Gec-tez
Qarabağı işğaldan azad edəcəyik, yenə öz torpaqlarımıza dönəcəyik. Bununla
bağlı artıq tədbirlər görülür, danışıqlar aparılır.
Bizim xalq çox səbrli
xalqdır və iradəsini qoruyub saxlamaqdadır. Ancaq elə anlar, elə məqamlar olur
ki, daha susmaq danışmamaq mümkün olmur. Saysız -hesabsız itkilərdən başı
açılmayan Azərbaycan xalqının bir qanlı səhifəsidə var ki, onu tarixdən silmək
qeyri-mümkündür.Belə qanlı səhifələrdən biri də 20 Yanvar faciəsidir. 1990-cı
il 20 Yanvar hadisələrindən 24 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının
həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa
qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qara səhifə olaraq
qalacaq. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış
dinc əhaliyə qanlı divan tutulması, kütləvi terror nəticəsində minlərlə
günahsız insanın qətlə yetirilməsi mahiyyətini bütün dünyaya bir daha nümayiş
etdirdi.
Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Həmin vaxt Azərbaycan Ermənistanın da təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq, sülh yolu ilə bunu dərindən həll etmə üçün qəti tədbirlər görmədi, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə müxtəlif ölkələrdən səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantları da daxil etmişdi. Bəzi məlumata görə, onun sayı 60 min nəfərə çatırdı. Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda “rus və erməni kartından” peşəkarcasına istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, “millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu cəfəngiyat idi. Çünki sovet rəhbərliyinin “dəlilləri” hətta həqiqətə yaxın olsaydı belə, Bakıya silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11,5 min əsgəri, Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.
Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Hətta yanvarın 19-da Azərbaycan televiziyasının enerji blokuda partlatdıldı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun şəhərə daxıl olaraq,fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan əhaliyə divan tutmağa başladı. Yanvarın 20-də saat 00.00-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də, səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı artıq 100 nəfərə çatmışdı. Halbuki Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarları həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaq. Əli yüzlərlə insanın qanına batmış, sonralar Nobel sülh mükafatı almış Mixail Qorbaçov başda olmaqla sovet imperiyası rəhbərliyinin alçaq siması bu idi. Qorbaçov günahsız insanları öldürməklə nəyə nail oldu, nəyi sübut etmək istədi?! Dinc yerli sakinləri öldürməklə, o elə bildi ki, hər şeyi qaydasına qoyub, hər şey onun istədiyi kimi olacaq. Ona görə də onun çirkli əlləri minlərlə insanın qanına batdı, amma o qatil bununla da sakitləşmədi, öz planını qəddarcasına davam etdirdi.
Tanklar və sovet qoşunları Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzib dağıdırdılar, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Maşınlar, avtobuslar, binalar və müxtəlif müəssisələr atəşə tutulub məhv edilirdi, şəhər od alov içində idi. İnsanların soyuq meyitləri şəhərin hər yerində sərilib qalmışdı, küçələr qan selinə qərq olmuşdu. Atəş səsi hər yeri bürümüşdü. Vəhşi hərbçilər hər yeri partladırdılar.Yaralıları aparmağa gələn təcili yardım maşınlarını və tibb işçilərini də güllələyirdilər. Bir neçə gün ərzində 137 nəfər öldürüldü, 700-dək yaralandı, 800-dən çox adam qanunsuz həbs edildi.Adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişdilər, xəstəxanalar, təcili yardım maşınları atəşə tutulmuş,həkimlər öldürülmüşdür.Adamlar vəhşicəsinə qətlə yetirilmişdir. 200 ev və mənzil, 80 maşın, təcili yardım maşınları əsgərlər tərəfindən darmadağın edilmişdi, dövlət və özəl mülkiyyət məhv olunmuşdu. Qətlə yetirilmiş insanların arasında təcili yardım və polis işçiləri də vardı. Qətlə yetirilənlərin arasında ən cavanları- 13 yaşlı məktəbli İlqar İbrahimov və Larisa Məmmədova, ən yaşlıları isə 75 yaşlı Sura Babayeva və 76 yaşlı Yunus Rəhimov idi. Adamların bəziləri itkin düşdü, bir çox sayda insan əlil qaldı, valideyinlərini, övladlarını itirənlər yetim qalanlar da oldu.Sovet hərbçiləri gördükləri insanları güllə atəşinə tuturdular, silahsız, günahsız və dinc əhaliyə əl qaldırmaq onlar üçün çox xoş və ürəkaçan idi, sanki bundan həzz alırdılar, soyuqqanlı insanın heç vaxt ürəyi olmur. Çünki onlar əsl vəhşi, soyuqqanlı qatil idilər.Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər də var idi. Saysız -hesabsız insanlar qurban oldu. O vəhşilərin bir məqsədi vardı:Azərbaycan xalqını məhv etsinlər, şəhəri yandırıb külə döndərsinlər. Binaların damında əsgərlər növbə ilə dururdular. Hər yer blokada içində idi. Şəhər demək olarki dağıdılmışdı.Yerli sakinlərin qorxu hissi isə Qorbaçovun və ətrafındakıların “millətçi ekstremistlər” adlandırdıqları quldurlar məhz bu insanlar bu qatillər idi.1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə inadını qıra bilmədi. Həmin dəhşətli gecədə həlak olan vətən oğul və qızları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi və firavan həyat üçün yol açdılar. Bu dəhşətli gecənin səhəri hər şey artıq külə dönmüşdü,minlərlə insan həlak olmuşdu, şəhər qan içində idi, analar fəryad qoparıb öz övladlarının nəşi üstünə göz yaşı tökərək ağlayıb kömək istəyirdilər.Onlar öz övladlarını son mənzilə yola salırdılar. Bu, onlar üçün nə gədər ağır nə gədər əzablı idi, bir Allah bilir. Yüzlərlə insan küçələrə axışıb tabutları aparmağa kömək edirdilər, onlar o tabutları çiyinlərində apararkən göz yaşlarını saxlaya bilmirdilər. O göz yaşları isə selə dönüb axırdı. Qırmızı qərənfillər hər yeri bürümüşdü, hər tabutun üstündə nə gədər gül var idi, sanki o qərənfillərdə şəhidlərimizi ağlayırdı, insanlarla birgə. Şəhər dəhşət və qorxu içində idi. Hər bir ananın, bacının, övladın üzündə o gəm o kədər əks olunurdu, onlar özlərini tam itirmişdilər və nə baş verdiyini anlamırdılar, elə bil şokda idilər. Şəhidlərimizı son mənzilə yola salmaq üçün bütün Azərbaycan xalqı Bakının küçələrində idi.

Yanvarın 20-də artıq
bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Bütün dünya bu
qanlı faciədən Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonrakı ilk illərdə
başları hakimiyyət uğrunda mübarizəyə qarışmış respublika rəhbərləri 20 Yanvar
qırğınına siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi
istiqamətində məqsədyönlü iş aparmadılar. Başları ancaq hakimiyyəti bölüşdürməyə
qarışmışdı. Qanlı faciə sanki onların vecinə belə deyildi. Yalnız 1994-cü ildə
Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, faciənin
günahkarlarının adları açıq şəkildə bəyan edildi. 20 Yanvar qırğınına
etirazlarını bildirənlərdən biri,daha doğrusu, birincisi ümummilli liderimiz, eks-prezident
Heydər Əliyev olub. Ulu Öndər hələ Moskvada yaşayarkən, həyatını böyük təhlükə
altında qoyaraq, hadisənin səbəbkarlarına kəskin etirazını bildirmiş, onlara
cinayət işi qaldırılması tələbini irəli sürmüşdür. Həmçinin imperiyanın
başında duranların əleyhinə Rusiyanın paytaxtında möhtəşəm mitinq təşkil etməklə
Azərbaycan xalqının haqq səsini bütün dünyaya çatdırmağa nail olmuşdur. H.Əliyev
Azərbaycanda siyasi hakimiyyətə ikinci dəfə qayıdışından sonra da yanvar faciəsini
törədənlərin ədalət məhkəməsi qarşısında cavab verməsi üçün əlindən gələni
etmiş, hadisənin beynəlxalq ictimaiyyət tərəfindən tanınması və hüquqi qiymət
almasından ötrü vacib olan bütün prosedurların yerinə yetirilməsinə çalışmışdır. Bakının ən yüksək nöqtələrindən birində hər
bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar
qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların
dəfn edildiyi Şəhidlər Xiyabanıdır. Adətən, bura Dağüstü Park da deyirlər. Hər
il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda
canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad
etmək üçün buranı ziyarət edib məzarları önünə əkil və gül çiçək qoyurlar. Burda
ucaldılmış əbədi məşəl Bakının hər yerindən görünür,bu məşəl artıq Şəhidlər
Xiyabanının bir simvolu olaraq tanınır. Daim yanan bu məşəl heç vaxt sönmür, bu
da ondan irəli gəlir ki, şəhidlər ölməzdir. Ulu Öndər Cənab Heydər Əliyev bu Xiyabana hər
il dönümü gəlirdi və şəhid olan oğul qızlarımızın xatirəsini yad edirdi,
onların xatirəsini daima uca tuturdu və hər bura gələndə çox kövrəlirdi. Hətta
o, bir dəfə bura gələndə hörmət naminə məzarları öpdü və bununlada o sübut etdi
ki, şəhidlərin xatirəsi çox ucadır və onlar ölməzdir.Ulu Öndər daim şəhidlərin
ailələri ilə görüşüb,onlara kömək edirdi. Prezidentimiz Cənab İlham Əliyev də 20
Yanvar Şəhidlərinin ailələrinə həmişə kömək edir, şəhidlərin ailələri daima
onun diqqət mərkəzindədir. Müxtəlif sərancamlar əsnasında şəhid ailələrinə
hökümət tərəfindən qayğı göstərilir, onlara daima güzəştlər olunur: evlər,maşınlar
hədiyyə olunur, müavinətlər hər il artırılır. Həmçinin Azərbaycan
Respublikasının Prezidenti Cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva, dövlət
və hökümət nümayəndələri, şəhər sakinləri hər ildönümü buranı ziyarət edir, şəhidləri
yad edib və onların ruhuna dualar oxuyurlar. Xaricdən gələn qonaqlar, ölkəmizə gələn hər
hansı bir yüksək vəzifəli və mötəbər insan, dövlət və hökümət nümayəndələri
mütləq birinci növbədə buranı ziyarət edib ölməz oğul və qızlarımızın xatirəsini
yad edib onların məzarlarına əkil qoyurlar.Hətta Şəhidlər Xiyabanı müqəddəs And
yerinə çevrilib. Ailə quran cütlüklər, adətən, buranı ziyarət edib, şəhid olmuş
və Şəhidlər xiyabanındada ön sırada uyuyan İlham və Fərizənin məzarı önündə bir
birinə söz verirlər ki, onların da sevgisidə bu cütlük kimi saf, fədakar və əbədi
olacaq. İlham və Fərizənin bu sevgisi cavanlar üçün bir örnəkdi. O dəhşətli
faciədən 23 il ötür, amma bu günə kimi şəhid analarının gəmli simalarını görmək çox çətin və acınacaqlıdır. O dəhşətli
gecə yaddaşlardan hələ də silinməyib. Onlar öz balalarını unutmayıblar və daim
onları yad etmək üçün Şəhidlər Xiyabanına qəbirlərini ziyarət etməyə gəlirlər.
Qəbirləri önündə dayanıb şəhidləri yad edib, onların ruhlarına dualar oxumaqla
onlarla az da olsa ünsiyyəttdə olub dərdləşirlər. Hər ana üçün övlad itirmək
özü böyük bir faciədir.
20 Yanvar faciəsinin ildönümü ilə bağlı hər il müxtəlif
tədbirlər keçirilir, bütün dövlət və hökümət müəssisələrində Şəhidlərin xatirəsi
1 dəqiqəlik sükütla yad edilir. Gəmilər dayanıb siqnal verir, küçələrdə
maşınların hərəkətı 1 dəqiqəlik dayandırılır. Bakı Metropoliteninin də hərəkatı
dayandırılır və həmin gün metronun gediş gəlişi pulsuz olur, həmçinin metronun “20
Yanvar” stansiyasına o gün adam çox axışır, insanlar tər çiçəklərlə onları yad
edirlər. “20 yanvar” metro
stansiyasının adı həmin Yanvar səlnaməsinin şərəfli
və acı xatirələrindən biridir.
Müasir
Azərbaycanın istiqlaliyyət yolunun şəhidlik zirvəsinin başlandığı 1990-cı
il yanvarın 19-dan 20-nə keçən gecə qəhrəmanlıq səlnaməsinə yeni səhifə yazan
Vətənin igid oğul və qızlarımızın bir çoxu “20 Yanvar” metro
stansiyasının yaxınlığındakı bu ərazidə qətlə yetirildilər. Həmin vaxt bu
ərazidə bir vaxtlar əli Azərbaycan xalqının qanına bulaşan imperiya ordusunun
şərəfinə abidə ucaldılırdı. İndi isə bu ərazidə hər birimizin and yerinə
çevrilən şəhidlərimizin əziz xatirəsinə salınan memorial abidə kompleksi
yerləşir.
Azərbaycanın bütün şəhər və rayonlarındada Şəhidlərin
əziz xatirəsi uca tutulur və dərin hörmətlə yad olunur. Ölkəmizin bütün şəhər və
rayonlarında Şəhidlər Xiyabanı mövcuddur, hər il dönümüdə yerli sakinlər İcra
Hakimiyyətinin nümayəndələri ilə birgə həmin Xiyabana gedib Şəhidlərin məzarlarını
ziyarət edib tər-çiçək düzüb öz ehtiramlarını bildirirlər. 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar, hər il bu faciənin
qurbanları, bütün dünyada yad edilir. Azərbaycan Respublikasının diasporaları və
səfirliklər bu matəm gününə həsr olunmuş tədbirlər təşkil edirlər. 20 yanvar şəhidlərin əziz xatirəsini yad edib bu matəmlə
bağlı müxtəlif çıxışlar və nitqlər səsləndirirlər. Dünyada yaşayan Azərbaycanlılar,
səfirlik nümayəndələri, diasporlar çalışırlar ki, bu qanlı faciəni dünyaya
tanıtsınlar. Hər il 20 yanvar faciəsinə həsr olunmuş matəm tədbirlərində bir
yerdə toplaşıb,aktiv şəkildə iştirak edib öz fikirlərini söyləyirlər. Biz inanırıq ki, heç bir cinayət cəzasız
qalmayacaq. Qatil qorbaçovlar, vəzirovlar tarixin haqq divanı önündə cavab verəcəklər.
Allah şəhidlərimizə rəhmət, düşmənlərimizə lənət etsin! Nəsillər dəyişəcək, lakin
Vətən oğullarının xatirəsi ürəklərdə daima yaşayacaqdır və bu xatirə günü gündən
böyüyəcək və heç vaxt unudulmayacaq. Şəhidlər müqəddəsdir, Şəhidlər ölməzdir, Vətən
uğrunda savaşanlar və Vətən naminə canlarından keçən oğul və qızlarımız daima hər
bir Azərbaycanlının gəlbində yaşayacaq, və onların xatirəsi hər zaman Xalq üçün
ən uca və unudulmaz olacaq. Bizim bu günümüz üçün öz canlarını fəda etdilər bizim mərd, igid oğul
qızlarımız. Onların qanı yerdə qalmayacaq bizim xalqımız mütləq onların
qisasını alacaq, lənətə gəlmiş qatillər mütləq cəzalarını alacaqlar.
Allah bütün bizim igid oğul, qızlarımıza, şəhidlərimizə gəni gəni rəhmət eləsin,qalanlara isə səbr versin, şəhidlərimizin qanı yerdə qalmayacaq,nə vaxtsa bizim millət onların qisasını alacaq, gec tez həqiqət üzə çıxacaq, və şəhidlərimizin ruhu rahat yatacaq. Həqiqət bizimlədi. Biz gərək öz vətənimizi bizim şəhidlərimiz kimi sevək, necə onlar canlarını verdilər öz vətənləri naminə eləcə də biz, hər bir Azərbaycanlı üçün vətən birinci yerdə olmalıdı, biz onu həmişə sevməliyik və hər zaman qorumalıyıq. Həmişə həmrəy olmalıyıq ki, heç kim bizi qıra bilməsin,baş əydirə bilməsin,hər zaman yumruq olsaq heç bir kəs bizə qalib gələ bilməz. Hər yerdə hər an vətənimizin gədrini bilək onu sevək və heç vaxt onu düşmən ayağına verməyək, daima onu qoruyaq və ən çətin gündə vətənin yanında olaq onu sevək. Vətən çox əzizdi və onun keşiyində durmaq hamının əvəzsiz borcudur.Gəlin,Vətənimizin keşiyində birgə dayanaq ki,daimi olaq.

Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ