Bu səhər səbəbsiz
ayrıldın məndən,
Səbəbsiz
ayrılıq xoş gəldi səndən.
Qarşıladım
onu candan, könüldən,
Qərarı sən
verdin, alqışlar məndən.
Gedişin qəfildi,
çaşdım hökmündən,
Sevgimizə
ölüm fərmanı səndən.
Zamanlar
durmuş sanki səhərdən,
Danışa bilmirəm
artıq qəhərdən.
Dönmək istəsən
də getdiyin yerdən,
Əlini üz
artıq mənim sevgimdən.
Üzr dilərsən
artıq göz yaşlarımdan,
Ağrıdan,
acıdan yanan könlümdən.
Gedişin olsa
gərək hansısa bir səbəbdən,
Danışma artıq
mənə hər bəhanədən,
İstəmirəm
sevgini həyatda, təkcə səndən
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ