Nədir “Müstəhcən medya”?
Yalnız, görünüş üçün olan, şəkillərlə bəzənən, heç bir maariçi məqsədi olmayan, yalnız və yalnız reytinqini düşünən və pul qazanmaq istəyən medya.
Müstəqillikdən sonra Türkiyədə bir zamanlar olan hadisələr, bizdə də baş verməyə başladı. Bunlardan biri və ən önəmlisi düşüncə, fikir savaşıdır.
80 – ci illərdə Bu ölkədə sağ sol savaşı oldu və o həddə gəldi ki, insanlar bir- birilərini öldürürdülər. Bu nəticə idi. Bəs səbəb?
Müsəlman bir ölkədə solculuğun, kominizmin nə işi ola bilərdi ki?
Osmanlı sevr müqaviləsi ilə bitdi sözün həqiqi mənasında. Yeni qurulan Cumhuriyyət isə müttəfiqlərin istəklərini qeyri- şərtsiz qəbul elədi.
Bu şərtlərdən biri nə idi, bilirsizmi?
Din yasaqlanacaqdı, Quran oxumaq, namaz qılmaq olmayacaqdı, ölkə Avropadan gələn hər cürə fikri qəbul edəcəkdi.
Vay məğlubların halına!!!
Bu zaman Avropadan qucaq- qucaq çılpaq qadın rəsmlərinin olduğu jurnallar gətirildi və yerli medya orqanlarında istifadə olunmağa başlanıldı.
Hər cür düşüncə isə qadağan edildi.
Kominist Nazim Hikmət həps edildi
Türkçü Atsız həps edildi
Ümmətçi Necip Fazıl həps edildi.
Ancaq, çılpaq qadın rəsmlərinin bəzədiyi qəzet və jurnallar qaldı meydanda və Türkiyə solu bunların övladı olaraq meydana gəldi.
Əslində, mənəvi dəyərləri rədd edən bir nəsil yetişdirildi. Bu gənclik sevişməyi, içgini mədəniyyət adı ilə qəbul elədi.
Bəs bu mədəniyyət Türkiyəni inkişaf etdirdimi?
Məncə, yox.
Bilmirəm, bunları niyə düşündüm, niyə yazdım.
Hər halda bir səbəbi var.
Tural Sahab


Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ