İkinci sevgim, ilk acım

Bu yazıya counter dəfə baxılıb

                                       
 İkinci sevgimdi, o. İkinci sevgim, ilk acım. O, oldu məni atasına şikayət edən ilk qız. Onda doqquzuncu sinifdə oxuyan, qadınları mələk bilən bir balaca oğlandım. Qadının dadını, şirinliyini də, elə necə can aldığını da o, başa saldı mənə. Həyatı başa saldı desəm daha düzgün olar. Ancaq, nə deyim onu hələ də unuda bilmirəm. Elə qəşəng qolları vardı ki, barmaqlarım bayram edirdi, hər dəfə ona toxunanda . Sonradan başa düşüdüm ki, o məni uşaq bilib, ona toxunmama, oxşamama izn verirdi, ancaq mən bunu o, zamanlar anlamamışdım. Onu sevmişdim. Bircə qaranlıq qalan odur ki, görəsən ona toxunanda, onu oxşayanda zövq alırdımı, mənim bədənimi saran şəhvət atəşi, onun da nəfəsinə toxunurdumu? Məndən boyca uzundu, çiynindən aşağıda dayanırdım. O, zamanlar ən böyük arzum onun boyuna çatmaq, ona sarılarkən saçlarının qoxusunu duya bilməkdi. Sonralar eyni boya çatdıq, ancaq ona bir daha sarıla bilmədim. O, gözəl qollarına dodaqlarımı bir daha toxundura bilmədim. Hər zaman deyəndə ki, ay Lalə görəsən nə zamansa sənin boyuna çatacammı?- deyərdi ki, mənim boyum nədir, sən daha uzun boylu olacaqsan. Ancaq, ona olan sevgim kimi, boyum da elə yarımçıq qaldı. Ona çatdım, çatmasına, lakin onu ötə bilmədim. Boyda ona çatsam da, həyatda çata bilmədim.  
                                                 ************
 Deməli belə, iyul ayının biri idi. Ot biçini başlayır iyul ayında bizim buralarda.Yam-yaşıl otlar saralmağa başladımı, insanlar qış üçün tədarük göməyə başlayır, başlamalıdır da. Çünki, buralarda bir çox insanın tək keçim qaynağı heyvandarlıqdır. İnək, qoyun və at saxlanılırdı bu kasıb torpaqlarda. İnəklər südü, yağı üçün bir də balasını satmaq üçün saxlanılırsa, qoyunlar da oxşar səbəblərdən saxlanılırdı, yalnız bir fərq vardı ki, yayda şəhərdən gələn qonaqlara quzu kəsib kabablamaq lazımdır. Şəhərə, evlərinə qonaq gedəndə qaçıb- gizlənən bu qohumlara quzu kəsilməsəydi, söz- söhbətin başını yığmaq olmazdı. Hələ də anlamıram ki, heç bir xeyri olmayan bu qohumlar bizə lazımmı ki, bu qədər nazları ilə oynayırdıq, bunların. Atlar isə, maşının olmadığı bu kəndlərdə maşın kimi istifadə olunur, insanların ən dəyərli dostu olmuşdu. Bəli, iyul ayı idi. Kişilər ot biçir, qadınlar onların biçdiyi otu tayaya yığır. Biz isə kəntdən uzaqda olan biçənək sahəsinə içməli su aparmaqla məşğul olurduq. Bir qırmızı atımız vardı. Bu atın təriflik bir yanı olmasa da bizim üçün dəyərli idi. Bu atın işi, demək olar ki, biz uşaqları gəzdirmək idi. Suyumuz bitən kimi Lalə ilə bu qırmızı ata tərkləşir, gedirdik su gətirməyə. Hər nə hikmətsə həmişə qabaqda o, onu qucaqlayıb, tərkinə isə mən minirdim. At rüzgara doğru getdikcə külək saçlarını üzümə toxundurur və mən onu daha bərk qucaqlayırdım. Heç nə danışmırdıq, ikimiz də bilirdik sanki, bir kəlimə desək bu sehr pozulacaq, ikimiz də bu zövqdən məhrum olacaqdıq. At gedir, biz isə bu uşaq saflığı ilə şəhvətin dodaqlarından öpürdük. Mən ilk dəfə bir qadının üzümə toxunan saçlarında qadın hərarətini duyur, o isə sinəsinə, belinə toxunan əllərimdə kişi sərtliyini hiss edirdi. Bulaq başına çatırıq, atdan düşürük. Mən atı saxlayıram ki, qaçmasın. O, isə su qablarımızı doldurub, qoyur xurcuna və yenidən biz ata minirik, sevgi dünyamızda əsən küləyin nəğmələrini dinləyə- dinləyə qayıdırıq biçənək olan yerə. Mən qəsdən suyu yerə tökürəm, su tezcə bitir. O, da soruşmur ki, bu su niyə bu qədər tez bitdi. Və yenidən ata minib gedirik su gətirməyə. Yəqin ki, o da məmnundu suyun tez bitməyindən, bəlkə də, o da sudan yerə boşaldırdı ki, tez qovuşsun sinəsi həyacandan titrəyən əllərimə. Birdən at yerişini bərkidir, bizi bir- birimizə daha da yaxınlaşmağa məcbur edirdi. Biz onda balacaydıq, o məndən iki yaş yekə idi. Yəqin ki, məndən çox bilirdi. İndi nə qədər qoxlasam da, otlardan uşaqlığımın qoxusu gəlmir. Bilmirəm, anlamıram bəlkə də, o zaman ki, o qoxu otlara qarışmış , onun saçlarının, təninin qoxusu idi. İçdiyim sular, indi nədənsə ağzımda dad vermir, dodaqlarım qaysaqlayır bulaqdan su içəndə, boğazım ağrıyır- dözmür suyun sərinliyənə. Bəlkə də, onunla eyni su qabından içdiyimiz sulardan ötürü darıxır ağzım. Bəlkə də, onun dodaqlarının dadı, qoxusu olan su qabının həsrətini çəkir indi dodaqlarım. Əllərim, özünə ölüm hökmü çıxardı, ondan sonra. Bir də kimsənin sinəsinə toxunmadı, qadın saçlarının üzümə toxunmasına dözə bilmədi ruhum, bir daha....
                                                   . **********

 Bir gün böyümüşdük, ikimizdə. Səni sevirəm dedim. Yox, demədim mesaj yazdım. Onda telefonlar artıq var idi. Cavab gəlmədi. Birini də yazdım, cavab gəldi. Cavabı atası gətirdi. Məni necə var danladılar, həyatıma nifrət elətdirdilər. Daha deyə bilmədim ki, .............., susdum sadəcə. Uşaq da olsam mən kişi idim. Bir qadınla yaşadıqlarımı kimsəyə deyə bilməzdim. Eybi yoxdu, onlar məni nə qədər danlasalar da əllərimdən onun sinəsinin izini, onun qollarından da mənim dodaqlarımın ətrini silə bilməyəcəkdilər. 30 10 2013

Tural SAHAB.
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ