İstəklər,arzular
ona bir hakim olar.
Ona yaxın olan
doğma kəslərdən,
İstəyi sevgi,qayğı
və diqqət olar.
İnsan böyüdükcə
istəklər artar,
Onlara yetməyə
daim can atar.
Kimi güclü
olar,həyatdan alar,
Kimi zəif olar,hər
kəsdən alar.
Kiminə həyatda
yol açıq olar,
Kiminə cəzatək
yollar bağlanar.
Biri istəklərə
meydan oxuyar,
Birinə istəklər bir cəllad
olar.
Kimisi nəfsinə
çox hakim olar,
Kimisi şeytana
bir nökər olar.
Biri
Allah dərgahında dilənçi olar,
Biri
insanlara minnətçi olar.
Biri
imanında çox möhkəm olar,
Biri
imanında məqsədli olar.
Etibarı
dinləmək yerində olar:
Bütün
istəklərə yol Allahdan olar.
Məncə
deyilmiş bu kəlam yerində olar:
Allahdan
istəmək bir şücaətdir,
Versə
hacətdir,verməsə bir hikmətdir.
Allahdan
qeyrisindən istəmək xəcalətdir,
Qeyrisi
versə minnətdir,verməsə zillətdir.
11.10.2013.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ