Elnarə Nur- Kəşf olunmamış insan..

Bu yazıya counter dəfə baxılıb
Yaranmamış yaranmışam bilirəm.
Yarananda yazı olub, pozuldum
Sətir olub varaqlara düşmədim,
Mən səmANın sinəsinə yazıldım.

Ulduzları çiçək sanıb, topladım
Qəlbim səma, niyə ona sığışmır?
Mən dünyanın bir küncünə sığışdım
Dünya mənim gözlərimə sığışmır.

İç üzümü çölə qoya bilmərəm,
Min hədəfə yozulmuşam sən demə.
Bu dünyaya gəlməmişəm, gəlmişəm,
Yazılmamış yazılmışam sən demə.

Sanma ki, gedilən yola boylanıb,
Gah sağa, gah da ki, sola baxıram.
Əlimi alnımın üstünə qoyub,
Qəlbimdən uzanan yola baxıram.

O göylə, gah da ki, yerlə birgəyəm..
Ruhum ruha dönüb, Tanrıya gedər.
İnan ki, dünyanı kəşf eliyərdim,
Özümü kəşf edə bilsəydim əgər.


Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ