Bəxtiyar Hidayət- DOST qoşması

Bu yazıya counter dəfə baxılıb
Çoxüzlü dostlardan, üzsüz dostlardan
Bir kilo pendirin üzlüsü yaxşı
Duz- çörək itirən duzsuz dostlardan
Bazarda balığın duzlusu yaxşı

Bənna olan xəttin tutar şuğuldan
Qırx oynaşlı arvad yaxşı çuğuldan
Sözünün dalından qaçan oğuldan
Qızın üç- beşinnən sözlüsü yaxşı

Dost olub yol varma yoldan ötənnən
Sənə xeyir gəlməz xeyir güdənnən
Qazlı danışsa da, qazlıq edənnən
Mineral suların qazlısı yaxşı

De Bəxtiyar, getmək olmur gedənnən
Dost getdisə can ayrılar bədənnən
Oturub dostundan qeybət edənnən
Gəzəyən gəlinin nazlısı yaxşı

Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ