Köhnə filimlər, köhnə
şeirlər, köhnə dostluqlar, köhnə...........lar. İndi çəkilən hansı filmə ikicə
dəfə baxa bilirik,hansı şeiri dəfələrlə oxuyub kövrəlirik, hansı dostumuz üçün
canımızdan keçirik? Bir Türkan Şoray filminə baxaraq kövəlmək, keçmişi xatırlamaq
istədim bu gün. Uşaqlığım onun filimləri ilə, daha doğrusu “ Yaşılçam” filimləri
ilə keçdi. Öz filimlərimiz də çox gözəldi, ancaq nə yazıq ki, çox az film çəkilir
məlum səbəblərdən. Gülməyi Kamal Sunaldan, Zeki və Metin ikilisindən Vətən
sevgisini evlərimizə” Qara Murad”, “Malkoçoğlu” kimi obrazlarla qonaq olan
Cüneyt Arkından öyrəndik. Və sevməyi, saf- təmiz duyqularla özüdə , Türkan
xanımın filimləri öyrətdi bizə... Xəyallar qururdum, mən də bir gün böyüyəndə
bax bu filimlərdəki kimi bir sevgi yaşayacaqdım. Olmadı, həyat mənə o sevgilərdən
birini yaşamağa izn vermədi, yazmaq da nəsib olarmı, onu da Allah bilir, ancaq.
Bir Türkan Şoray filimində imiş, bütün gözəlliklər və köhnə şeirlərdə qocalan,
ya da məzar olan, məzarda doğulan şairlərin yazdığı şeirlərdə... Xəyallara məzar
olur indi həyat Facebook da dostluqdan silmək, əngəlləmək qədər asandı, indi
bir sevgini bitirmək.... Dağ yarmaq da təsirli bir status yazmaqdı, hər halda
Köhnə fikirli bir adamam mən, indinin içində yaşasam da, İndinin bütün imkanlarından
yararlansam da.... Gözəl atlara minib, uzaqlara gedənlərdən ötürü darıxıram, məsələn
çox oxuyuram, ancaq çox kitabı oxumuram. Bir kitabım var aşıq olduğum, yüz dəfədən
çox oxuduğum və təzə çıxan mahnıları izləmirəm, köhnə bir neçə mahnı var telefonumda,
küləkli, yağmurlu gecələrdə dinləyib ağladığım. Bəli, ağladığım. Mən gözlərimə
qadağa qoymamışam, ağlamayım deyə və ürəyimə bir yalan danışmıram, kişilər
ağlamaz deyə. Bir müəllimim demişdi: “ Bir şeiri oxuyanda, kövəlirəmsə, o şeir
ruhuma xitab edir demək” Bəli, bizi kövrəltməyən, duyqulandırmayan şeir də,
film də, elə sevgi də bir yaz yağışı qədər yalan və aldadıcıdır.
Tural Sahab
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ