
Baycanın yetişdirdiyi gənclik, əli çatmadığı qızlara Tükəzaban deyib, gənclərə seks azadlığından dərs keçən Baycanın.
Öncəliklə onu deyim ki, bu yazını yazmaqda məqsədim kimi isə təhqir eləmək deyil, sadəcə qarşı olduğum bir fikir haqqında öz düşüncələrimi bildirməkdir.
Seymur Baycandan belə bir fikir eşitmişdim ki, bu gəncliyin yetişməsində mənim də rolum var. Mən də öyrənmək istədim, bilmək istədim Seymur bəy hansı gəncləri yetişdirib, bu gənclərin istəyi, hədəfi, ülküsü nələrdir.
Bir xanım qız dedi: bəli, məni Seymur Baycan yetişdirdi.
Buna çox sevindim və tezcə beynimdəki sualları ona ünvanladım. İndi o sual və cavabları sizlərlə paylaşıram (Onu deyim ki, o xanımdan izn alıb onun cavablarını yazıram)
- sən azad seksi dəsdəkləyirsənmi ?
- bəli
- Evlənmədən seks eləməyə də pis baxmırsan eləmi?
- bəli
- Sən eləmisənmi bəs?
- yox.
- niyə? Və ya edersənmi ?
- çünki sevmirəm.
- və edərəm
- edərsən, etməzsən anlamadım
- edərəm
- eləsən evdəkilər sənə heç nə etməzmi?
- o, başqa mövzudu
- mənim düsüncəmdi, bu.
- anal və oral seksə də pis baxmırsan və qəbul edirsən, hə ?
- aha
- onlar etmisənmi, bəs ?
- yox .
Dialoqu burada dayandıraq. Söhbət çox uzun oldu, ancaq bu qədər bəsdi.
Onu deyim ki, bu xanım dəsdəklədiyi fikirlərin heç birini özü etmir. Qəbul etməsə də, dildə ürəyində yanlış olduğunu bilir, çünki.
Deməli belə.
Qəbul etmirəm bu fikirləri, gənclik üçün ziyanlı hesab edirəm, ancaq hörmət edirəm bu fikirlərin sahiblərinə.
Yanlış da olsa müxtəlif düşüncələrin olması, gəncliyin var olması anlamına gəlir.
Eyni cür düşünən, eyni cür yaşayan gənclərdən bu millətə xeyir gəlməz. Gənclik azad və müxtəlif düşüncədə olmalıdır.
O ki, qaldı səslənən fikirlərə, bu fikirləri mən qəbul etmirəm və ziyanlı hesab edirəm.
Niyəmi?
Bunun üçün : - azad seks deyilən illət bir başa əxlaqın boğazına çəkilən bir xəncərdi.
Nədir azad seks? Şəhvətini dizginləyə bilməyən gənclər onun bunun arvadı başdan çıxaracaq.
Qadınlar boşanmağa qorxmayacaq, nə də olsa onların ehtiyacını görəcək minlərcə cavan oğlan onları gözləyir.
Qızlar anal və oral sekslə məşğul olacaq, bakirəliyini itirməyə qorxanlar, sonra da təmiz qız adı ilə gəlin köçəcəklər.
Bu misalları çox uzatmaq olar, ancaq bəsdir bu qədər.
Bunları edərkən mentaliteti qəbul etmirlər. Bu mövzuda qismən haqlıdırlar. Bizim yazılmamış qanunlarımızada çox anormal şeylər var.
Ailəsi dağılan bir qadının, subay bir oğlanla evlənə bilməməsi bunlardan sadəcə biridir.
Bir millətin qızları əxlaqsız olsa, o millətin ailə sistemi çökəcək. Ailə sistemi çökən bir millətin isə beli qırılmışdır.
Son zamanlarda dağılan ailələr sürətlə artır.
Son zamanlarda cavan oğlanların “ gəlinlər” lə əlaqəsi çoxalıb və buna normal baxırlar
.
Bütün bunlar məni çox qorxudur.
Mən millətimin gəncliyinin, millətimin qadınlarının ehtirasının qurbanı, qulu olmasını istəmirəm.
Bəlkə də, yanılıram ?
Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ