AQŞİN EVRƏN- TƏNHALIQ BƏDBƏXTLİYİN KAR QARŞILIĞIDIR

Bu yazıya counter dəfə baxılıb
Nişan  üzüyünə  sabunun  dolmasından  ötrü  darıxmaqdır  tənhalıq
Tənhalıq sevgi məktubundan düzəltdiyin gəmidir
Tənhalıq mobil operator  mesajları
Tənhalıq  sevginin  ateizmidir
Sual  işarəsiylə  toplanan  adındır  tənhalıq
Çobanyastığı  falında sevgisini  itirmiş  dul  qadındır  tənhalıq

Tənhalıq  çətirin  altındakı  birnəfərlik  boş yerə  "sərnişin"  dilənməkdir
Çaydanın  buxarında  kişi  hənirtisi  axtarmaqdır  tənhalıq
Gecələr  yastığına  qadın  ətri  vurub  yatmaqdır  tənhalıq
Tənhalıq  sığınmağa  otağın  künc-qucağıdır
Tənhalıq  bədbəxtliyin  kar  qarşılığıdır

Tənhalıq  otaqlardan  uzaqlara   var-gəl etməkdən
Varlığını və gələcəyini  unutmaqdır
Dayanıb  bir  binanın  damından
ömrü  itələyib  yerə  atmaqdır

Tənhalıq tək  yatmağa  ikinəfərlik  yataqlardır…
ikinəfərlik  adamlardır


QAN ANALİZİ
( 9 yaşlı  Naziləyə  rekviem)

Bir  qızcığazı  pozğuncasına
aldatmışdılar
"Barmağını ver, analiz götürürük"deyib
barmağına nişan üzüyü  taxmışdılar
Üz-gözünə əlvan boya,
adına isə qara ləkə yaxmışdılar
Gəlin  havası  çalınanda  havası  çatmamışdı
Yəni, toy günü  ona  toy tutmuşdular
Nəhayət, 63 yaşlı əri
ondan  qan analizi  götürmüşdü
barmağından  deyil,

bəkarətini  pozaraq  bətnindən...
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ