Gülnarə İsrafilqızı- Qarabağ hələ də qan ağlayır

Bu yazıya counter dəfə baxılıb

Bir gün məktəbin həyətində uşaqlarla dərd - qəmin nə olduğunu anlamadan oynayırdıq.zəng çalındı,məktəbimizin Direktoru Vilayət m tamam başqa insan olmuşdu.Onun hündür vücudu bükülüb,rəngi qara rəng almışdı.səsi titrəyir danışdıqca göz yaşlarını saxlaya bilmirdi.Birinci defe idi ki,mən Vilayət m bu vəziyyətdə görürdüm.
O oqədər zəhmli insan idi ki,yolun ayağından çıxanda bütün uşaqlar məktəbin həyətində siraya düzülürdü.O insan gedib yerinə başqa bir insan gəlmişdi.Bizi məktəbin həyətinə toplayıb uca və titrək səslə sözə başladı. hamımız donub qalmışdıq! - Uşaqlar bu gün bizim ən ağır,faciəli günümüzdür.İstəyirəm ki,bu kədəri hər birinizlə bölüşüm.bəlkə də bu sözlərin mənim üçün necə ağır olduqunu heç çür təsəvvür edə bilməzsiniz.Üzundəki göz yaşlarını silib qəddini düzəltdi. - Bu gün Vətənimizin savadlı, cəsur,qeyrətli oğulları Qarakənd kəndində erməni daşnaqları terəfindən təcavüzə məruz qalaraq, Vertalyotları partladılıb Bizdə olan məlumata əsasən vertalyotun içində 22 nefer olub,hələki onların adları bizə məlum deyil. Onlar hamısı veten uqrunda şəhid oldular ruhları şad olsun! hər biriniz dua edin. Vətən üçün ölməyə dəyər.başımız sağ olsun, vətənimiz sağ olsun .Vətən üçün canından keçmək hər birimizin borcudur.Bu gün dərsi bağlı elan edirəm. - O illərdən düz 22 il ötüb O vaxt mənim təxmini 9,10 yaşım olardı.Bəlkə də Müəllimimin hayqirişı vətənpərvərlik toxumunu ürəyimə səpdi, o gündən bu günə həmin hiss damarlarımda axan qana çevrilib.Allah Vilayət m, rəhmət etsin.Böyük məqama sahib olan şəhidlərimizə Ruhunuz şad olsun deyirəm.Siz Qarabağ uğrunda öz canınızdan keçdiniz amma Qarabağ hələ də qan ağlayır!!! qanlı qöz yaşlarını silmək ümidi ilə...
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ