əllərini mənə ver
saclarıma taxacam
əlin dəyən sacımı
hər gecə qoxlayacam.
saclarıma taxacam
əlin dəyən sacımı
hər gecə qoxlayacam.
yorğunam,
ürəyimdən
asılı qalmısan sən
mən sənə yoluxmuşam
sən adlı xəstəyəm mən.
ürəyimdən
asılı qalmısan sən
mən sənə yoluxmuşam
sən adlı xəstəyəm mən.
gedəcəyim hər yerə
məndən öncə gedirsən
gizlənib ürəyimdə
sanki məni güdürsən.
məndən öncə gedirsən
gizlənib ürəyimdə
sanki məni güdürsən.
güzgülərdən qorxuram
gözlərimdəsən, adam!
ordan mənə baxırsan
bir cüt yaş arxasından.
gözlərimdəsən, adam!
ordan mənə baxırsan
bir cüt yaş arxasından.
ürəyim tez qocaldı,
sevgim
cavan, həmənki...
mənim sevməydən başqa
əlimdən nə gəlir ki?
sevgim
cavan, həmənki...
mənim sevməydən başqa
əlimdən nə gəlir ki?
sanki bir əl hər yerə
sənin qoxunu səpir
yatıram,
hər gün gəlib
ruhun üzümdən öpür.
sənin qoxunu səpir
yatıram,
hər gün gəlib
ruhun üzümdən öpür.
əllərini mənə ver
saclarıma taxacam
əlin dəyən sacımı
hər gecə qoxlayacam
əllərini mənə ver
əllərini mənə ver...
saclarıma taxacam
əlin dəyən sacımı
hər gecə qoxlayacam
əllərini mənə ver
əllərini mənə ver...
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ