Qurbanlara ağı dedim,
İmanıma kül ələndi.
Töküldükcə qan qadaya,
Allah eşqi güllələndi.
İmanıma kül ələndi.
Töküldükcə qan qadaya,
Allah eşqi güllələndi.
Duza dedik dərdimizi,
Ətə çökdü dərdin izi,
Bağışladı Göylər bizi,
Yer günahla silələndi.
Ətə çökdü dərdin izi,
Bağışladı Göylər bizi,
Yer günahla silələndi.
Mələr qaldı şah kitabım,
Yetim quzu bol savabım,
Qurban qoçun can əzabı,
Sinəm üstə düymələndi...
Yetim quzu bol savabım,
Qurban qoçun can əzabı,
Sinəm üstə düymələndi...
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ