Tural Turan- Qürurlu ismətsiz qadından qorxdum

Bu yazıya counter dəfə baxılıb

Yolunu gözlədim hər axşam çağı,
Göz yaşı dilimdə duz dada - dada.
Bircə dilim dil, pöhrə budağı,
Boğdu məni həm bu, həm o dünyada.
Mən səni sevmişdim, yeddisi martda,
Sabahı güllərin güllük bayramı...
Arxivlər gedəcək mənlə siratda,
Qara ləkə kimi şeir ilhamı.
Getdin, saçlarında buz yanaq izi,
Getdin, gözlərində köz dodaq izi,
Getdin namusunda şapalaq izi,
Bəs sənin içində o qorxu hanı?...
Mən qorxdum özümdən, adımdan qorxdum.
Arxama boylanan yadımdan qorxdum,
Qürurlu ismətsiz qadından qorxdum,
Saf donlu sarışın o yuxu hanı?
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ