Ətrafımızdakı insanların hamısı ana bətnində
keçirdikləri müddət nəticəsində hal-hazırki hallarına gəlir. Hər birimiz üçün
eyni qüsursuz sistem analarımızın bətnində hazırlanmış, hər birimiz eyni
mərhələləri keçmişik.
Hamımız anamızın bətnində reallaşan çox kompleks
mərhələlərin nəticəsində dünyaya gəlirik. Ana bətnində xüsusi hazırlanmış
mühitdə inkişaf edən körpə bir müddət sonra dünyaya gəlir.
İnsanın formalaşmasında ilk mərhələ yumurtanın
sperma ilə mayalanmasıdır. Yumurtanı mayalandırmaq üçün mübarizə aparan
milyonlarla spermadan yalnız biri buna müvəffəq olur. Ancaq bu, şans və ya təsadüf
yarışı deyil. Hər mərhələsi Allah tərəfindən qədərdə müəyyən edilmişdir. Mayalanma
zamanı doğulacaq körpənin bütün irsi xüsusiyyətlərini müəyyənləşdirən genlər
birləşir. Minlərlə genin hər birinin xüsusi funksiyası var. Saç və göz rəngi,
üzün forması, skelet sistemi, daxili orqanlar, beyin, sinir və əzələlərdəki saysız-hesabsız
xırdalıqlar bu genlər tərəfindən
müəyyənləşdirlir.
Sperma və yumurtanın birləşməsindən yaranan
hüceyrədə həyatımızın sonuna qədər hər hüceyrəmizdə daşıyacağımız DNT
molekulunun ilk kopyası olur. Mayalanmış yumurta adlandırılan ilk hüceyrə
bədənin formalaşması üçün çoxalmalıdır. Bunu “bilən” hüceyrə bölünməyə qərar
verir. Hüceyrə bölündükcə formasını dəyişir və lazımi yerlərə paylanır. Bir
hüceyrədən möcüzəvi şəkildə ət yığını deyil, vücudun hər bir nahiyyəsinə uyğun
hüceyrələr yaranır. Məsələn, bir qismi göz, bir qismi ürək hüceyrələrini
yaradaraq müvafiq yerlərə paylanır və ya dəri hüceyrələrinə çevrilərək bütün
bədəni örtür. Daha da maraqlısı, bütün hüceyrələr əmələ gətirdikləri toxumaya
lazım olan qədər çoxalırlar və bu toxumalar da qüsurszuz və nizamlı şəkildə
yan-yana düzülərək orqanları yaradırlar.
İnsan bədənindəki trilyonlarla hüceyrə bölünərək
çoxalır. Ancaq hər bir hüceyrədəki gen müxtəlif vaxtlarda aktivləşir və
beləliklə, bölünmə baş verir. Bölünərək çoxalan hər bir hüceyrədə bütün genetik
məlumatlar olur, yəni hər bir hüceyrə, əslində, ürək əzələsi, dəri, qırmızı qan
hüceyrəsi və ya bədənin hər hansı bir toxumasını yarada bilər. Bütün hüceyrələr
vahid DNT məlumatına sahib olsa da, inkişaf mərhələlərində müxtəlif orqanlarda
məhz lazımi genlər aktivləşir. Məsələn, böyrəyin əmələ gəlməsi və funksiyası
ilə bağlı şifrələr hər bir hüceyrədə mövcuddur, ancaq bu genlər inkişaf müddəti
yetişdikdə məhz böyrəkdə aktivləşir. Eynilə qlükoza 6-fosfat fermenti, əsasən,
qaraciyərdə olur, lakin digər orqanların hər bir hüceyrəsi bu fermentin
məlumatını daşıyır. Buna baxmayaraq, heç vaxt bu fermenti istehsal edə
bilməzlər. Məsələn, göz hüceyrəsi bu fermenti yarada bilmir, ancaq gözümüz üçün
lazım olan zülalları istehsal edir. Həmçinin sinir hüceyrələri beyin və
orqanlar arasında xəbərdarlıq və əmr daşımaq, qaraciyər hüceyrələri toksinləri
zərərsizləşdirmək və yağ hüceyrələrini bədənin zəif dövrləri üçün saxlamaq üçün
mütəxəssisləşirlər. Heç biri mədə üçün lazım olan fermenti istehsal etmir. Bəs
bu qüsursuz prosesi kim edir? Hüceyrələrə bölünmə və bölündükdən sonra müxtəlif
funksiyaları yerinə yetirmə əmrini kim verir? Bütün hüceyrələr hansı şüurla
itaət edirlər və kimin əmri ilə intizamlı fəaliyyət göstərirlər. Bütün bu
proseslərin təsadüflər nəticəsində baş vermədiyi aydındır.
Düşünən insan bunları DNT-mizin öz-özünə etməsinin və
ya bu xüsusiyyətləri təsadüfən qazanmasının mümkün olmadığını dərhal görər. Bu
halda qarşımıza çıxan həqiqət yenə son dərəcə açıqdır: ana bətnindəki uşağın yaranma
mərhələləri xüsusi bir şəkildə Allah tərəfindən yaradılıb. Yaradılış mərhələləri
Allahın yaratma sənətindəki ehtişamını nümayiş etdirdiyi nümunələrdən biridir.
"Ey insan! Səni kərim olan Rəbbinə qarşı
aldadan nədir? O Rəbbin ki, səni yaratdı, düzəldib qaydaya saldı. Sənə
Özü istədiyi surətdə biçim verdi." (İnfitar surəsi, 6-8)
Kərimzadə Nərmin
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ