. İlahi,bir sevinc yetir
Bir sevinci ömrümə yama
Elə yama ki,
Bilinməsin izləri
Qırılmasın ipləri
Tam otursun üstümə..
İlahi,bir sevinc yetir
Elə et ki,sevincdən
Dolsun gözlərim ,
Titrəsin dizlərim,
İtsin ümidsiz sözlərim.
Doğsun taleyimdə günəş,
Örtsün üstün qaranlığın
öz şəfəq pərdəsiylə...
İlahi, bir sevinc yetir
Sevincimdən sevinim mən
Rəhmətinlə devrilim mən,
O sevinci yetir mənə,İlahi
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ