Bu gün də adi günlərdən biridir. Axşamdan yağan
şiddətlə yağan yağış sabaha doğru zəiflədi, tədricən kəsildi. Jalə həmişəki
kimi bu gün də böyük həvəs və zövqlə işə getməyə hazırlaşır. Küləkli yağan
yağış təmirə ehtiyac duyan işıq tellərini sıradan çıxarıb. Ona görə də işıq
yanmır. Jalə tədbirli qızdır. O axşamdan işlərini qaydasına qoyur ki, sabah
açılanda sürprizlərlə qarşılaşmasın.
Saat 8 00 –da o evdən çıxdı və işə gəldi. Binanın
qabağında iş yoldaşı ilə qarşılaşdı, birlikdə ofisə qalxdılar. Saat 9 –dur və
hamı iş başındadır həmişə olduğu kimi. İşçilər qeydiyyat jurnalına qol çəkmək
üçün bir yerə yığıdılar. Arada söhbət başladı. Ümumi ortamda gedən söhbətə hərə
öz fikrini əlavə edirdi. Gənclərimizin psixoloji təsirlərə tez məruz
qalmasından, məktəb psixloqlarının işinin zəifliyindən və s. Söhbət gəlib
hal-hazırda bütün İslam dünyasının bəlası olan Vahabilik təliminə gəldikdə
işçilərdən biri-Murad hamının tanıdığı gənc idmançı Elşadın və onunla birgə
Suriyaya gedənlərin öldüyünü söylədi.
Hamı susdu. İçində gənclərə ağladı. Elşad barəsində
onu deyə bilərəm ki, o ağıllı, savadlı, işgüzar, yaxşı ata və yaxşı həyat
yoldaşı kimi hamı tərəfindən tanınıb. O günə qədər ki, Suriyaya gedişini həyata
keçirdi. Onun Suriayaya Vahabi olaraq döyüşə getdiyini eşidən hər kəs qınadı,
sonra içdən onun üçün ağladı. Bəlkə də əslində o və onun kimilər gələcəkdə
haraya gedəcəklərini, başlarına hansı müsibətlərin gələcəyini bilmədən dövrün mən
deyərdim ki, ağ ölümü-narkotikdirsə, gizli xəstəliyi –Vəhabiliyə cəlb edilmişlər.
Bərli-bəzəkli, cəlbedici sözlər, insanın aciz nəfsini əksər hallarda özünə qul
edən pullarla son dəhşətə, fəlakətə aparan bir yola düşmək üçün bu sahədə
maarifləndirmə işləri aparan “müəllimlər” şagirdlərini-qurbanlarını həyatada
yaşayış səviyyəsinin aşağı olmasından narazılar sırasında axtarıb seçirlər.
Elşad da yəqin ki, bədəncə güclüolmasına
baxmayaraq, psixoloji cəhətdən ən zəiflərdən, acizlərdən biri imiş.
Sabahını romantik bir ortamda qarşılayan Jalə,
gününü acı xəbərlə davam etdirir. Elşadın ölümü hamı kimi onu da sarsıtdı. Ona
görə yox ki, Elşad öldü. Daha dəhşətlisi orasındadır ki, o özüylə Suriyaya gedərkən
ailəsini- oğlunu, qızını və yoldaşını da aparmışdı. Onun kimsəsiz, yad ölkədə
iki övladla qalan qadınının halına acıdı Jalə. Bir an belə özünü o qadının
yerində təsəvvür etməsi Jaləni dəhşətə bürüdü.
Öz özünə səssizliyə qapanıb düşünməyə başladı və
içində qəribə suallar baş qaldırmağa başladı. Ölüm ağırdır, amma əlacı olmayan
dərddir.Hər kəs öz mənfəətini güdsə, onda insanlıq ölər. Niyə Suriyaya gedənlər
yalnız özlərini düşünüb buna müvafiq hərəkət edirlər? Məgər onların qəlbi elə
acımasız olur, daşlaşır ki, onlara həyat verən valideynlərini gözü yaşlı
buraxırlar? Tnrının özü də “Müqəddəs Qurani-Kərim”-də buyurur ki, valideynlərinizi
incitmədən, onlara sevgi verərək yaşasanız ən yaxşı savab əməl olarsınız. Dini
bəhanə gətirərək qardaşın qardaşa silah qaldırması nə deməkdir? Məgər döyüşənlərin
hər iki tərəfi müsəlman deyil? Hansı din deyir ki, apar ailəni yadların içinə
burax? Oğlanlarını, qızlarını qardaşlarının qanına qıyanalarla bir yerdə yaşat?
Elşad və elşadlar cihad adıyla vuruşub ölürlər. Bə
sonların özləriylə apardıqları qadınlarını, qızlarını kimin ümidinə buraxırlar?
Aclıq, səfalət, və daha müxtəlif əzabların baş alıb getdiyi bir ölkə yaxşıdır,
yoxsa müstəqil, bolluq, sivil yaşam tərzi olan Azərbaycan?! Axı hamıya bəllidir
ki, din uğrunda cihad müsəlman qanına susamaq demək deyil. Hamımız bilirik ki,
ölkəmiz , xalqımız, milllətimiz bizim üçün daha doğma, daha əzizdir. Yurdumuzun
yağı tapdağında, yurddaşlarımızın didərgin olduğu bir vaxtda elimizin oğlanları
canını sataraq aldığı pul naminə yad bir ölkə üçün vuruşmalıdırmı?
“Ana haqqı-Tanrı haqqı” deyib atalarımız. Övlad ona
həyat verən, hər şeyin ilkini öyrədən, min bir əziyyətlə böyüdüb boya başa
çatdıran valideynləriniövladsızlıa məhkum etməkləmi mükafatlandırmalıdır?!
Bütün bu suallar içində az qala itib batan Jalə özündən qeyr-iradi gözlərinin
yaşını saxlaya bilmədi. Ağladı gəncliyimizə... Kimsəsiz qalan qadın və azyaşlı
körpələrə....
Beləcə ömür
kitabından bir gün də Jalə üçün acılı, həyat dərsi qazandıracaq səhifə kimi
yaşanıb örtüldü.Sabah nə olacağını isə kimsə bilmir, Tanrıdan savayı. Çalışın
“Gizli xəstəliyə” yoluxmayın. Analarınızın, atalarınızın ahıl çağlarında
onların zəifləmiş gözlərini yaş içində buraxmayın. Vallahi-billahi valideynlərini
ağladanı Tanrı da bağışlamaz. On agörə də bu günümüzü ləyaqətlə yaşayaq ki,
sabahımızın nur saçan günəşinə kölgə salmasın.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ