ATATÜRK (Mahnı)

Bu yazıya counter dəfə baxılıb
                                                Sözləri:  Babək Akifoğlunun (Abbaszadənin)
                                                   Musiqisi: Oqtay Rəcəbovun




Türkiyə alqışlar söyləyir sənə,
Həddini göstərdin neçə düşmənə.
Milləti çıxardın sən parlaq günə,    
Qəhrəman Atatürk, igid Atatürk!

                                    Nəqarət

Yenə də zirvəyə qalxdı al bayraq,
Əbədi qoy qalsın, türklərdən soraq!
Siz bizə dayaqsız, biz sizə dayaq,
Qəhrəman Atatürk, igid Atatürk!

Gəldi köməyinə tək Azərbaycan,
Çoxları gəlmişdi üstünə yaman.
Düşmənə vermədin ixtiyar, aman,
Qəhrəman Atatürk, igid Atatürk!

                                 Nəqarət

Yenə də zirvəyə qalxdı al bayraq,
Əbədi qoy qalsın, türklərdən soraq!
Siz bizə dayaqsız, biz sizə dayaq,
Qəhrəman Atatürk, igid Atatürk!

Axır ki yerini tapdı ədalət,
Zəfər çaldığını bildik, nəhayət.
Torpağı xalqına verdin əmanət,
Qəhrəman Atatürk, igid Atatürk!

                                   Nəqarət

Yenə də zirvəyə qalxdı al bayraq,
Əbədi qoy qalsın, türklərdən soraq!
Siz bizə dayaqsız, biz sizə dayaq,

Qəhrəman Atatürk, igid Atatürk!
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ