Yenə yağır yaz yağışı

Bu yazıya counter dəfə baxılıb

  • Azadə Abdinova
    Yenə yağır yaz yağışı O bakirə buludların qız yağışı. Sanki göyün qəlbi dolub, sanki göyün öz qəlbinə özgələrin dərdi dolub. Ağrıları daşımağa gücü çatmır Hıçqıraraq ağrıları ,acıları dünyanın kar qulağına pıçıldayır Bilir dünya kar olsa da, qulağı var,pıçıldayır... Qovur qəlbindən dərdini,kədərini Elə bilir bundan sonra görməyəcək bu kədərdən betərini... Damlalar da anasından üz çevirən uşaq kimi göydən qopub yerə düşür. Yerdən uçub göyə hopub,yerə düşür. Ehh,bunlar uzun məsələdir... Ey asiman,danış görüm dərdin nədir? Bu gün sənə nə olubdur? Niyə bu gün belə qəmli,hüznlüsən? Acıyıram əhvalına Biixtiyar rəhmim gəlir,elə qəmli,hüznlüsən. De səndəmi incimisən mənim kimi? Səndəmi bu qismətdəki bədbəxtliyə, ülvi səadət demisən mənim kimi? Keçmiçə bax,indiyə bax Salam verib day görüşmür sevilənlər Niyə bizi başa düşmür sevilənlər? Əlbət səni ənginliyə sığdırdığın ulduzların,günəşin ,ayın anlamır Bədbəxtçilik budur,səni sənin tayın anlamır. Gurulda,içinə yığılmış küsgünlüyünü damlalara çevir ,göndər bizə Bəlkə o damlalar mənə şəfa verdi Bəlkə mən unutdum qəmi,dərdi. Mən də eynən sənin kimi sağalmaz yaralardan qurtulmaq istəyirəm. Yol kəsən qayalara, dəli dalğalar kimi çırpılmaq istəyirəm... Daha küsmək ,incimək istəmirəm başa düş.. Bir zərrən yerə düşsə ,elə bilirəm sən düşmüsən Bütün sıxıntılardan bir anlıq üzlüşmüsən Üzlüş sıxıntılardan,ayrıl sıxıntılardan Yağdır yağışını,təbiətin dilində biz danışaq səninlə. Gəl qovuşaq səninlə

Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ