ÖVLADLARIMA...

Bu yazıya counter dəfə baxılıb

Bu da xasiyyətdi, cəhətdi deyin,
Sənə söz deyənin nə həddi, deyin,
Basına bir sənət qəhətdi, deyin,
Siz, məni qoymayın şair olmağa!
Keçin qabağıma, yolumu tutun,
Bir az ərk eləyib qolumu tutun,
Hərəniz bir yandan əlimi tutun,
Siz, məni qoymayın şair olmağa!
Yandırın kağızı yanacaq edin,
Sındırın qələmi oyuncaq edin,
Üçbəndli seirimi üçbucaq edin,
Siz, məni qoymayın şair olmağa.
Bacarın içimdən çıxarın məni,
Bir az da incidib çıxarın məni,
Girdiyim küncümdən çıxarın məni,
Siz, məni qoymayın şair olmağa.
Qəbrinin qapağı açıqdı, deyin,
Qurduğun yurd, yuva uçuqdu, deyin,
Ay Ana, atamız yazıqdı, deyin,
Siz, məni qoymayın şair olmağa.
Şairlər bölünməz, bütün olurlar,
Tüstüsü çıxmayan tütün olurlar,
Şair balalari yetim olurlar,
Siz, məni qoymayın şair olmağa.
Taleyin köçümə köçü çatmadı,
İstədim beş alam, üçü çatmadı,
Atamın, anamin gücü çatmadı,
Siz, məni qoymayın şair olmağa.
 Fərqanə Mehdiyeva.
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ