- ( Şəhid Mübarizə )Gözü yolda qalan vətən. Yada qurban olan vətən. Bu gün sənə əlim çatmir, ünüm yetmir. Vətəndaşam, vətənimə səsim getmir. Yollarına düzülübdür ayrılığın xəncər kimi məftilləri. Yetim qalan gülüstanın susur hələ bülbülləri. İntizarın kök salıbdır illər boyu həsrət çəkən gözlərimdə, ürəyimdə. Sənin adın hallanıbdır sözlərimdə, diləyimdə. Ayaqlarim sənə doğru yol alsa da, nə faydası? Bu sözləri mən yanaraq söyləyirəm. Sən anasan. Sənə ana kəlməsini, oğlunun məzar daşına, günahkar bir zəvvar kimi dolanaraq söyləyirəm. Azərbaycan! Can ay vətən. Daşın sənə atmadımı yoldan ötən? Sənin səsin batmadımı, çığırdın sən?. Eşitmədik. Çağırdın sən, eşitmədik. Öz əliylə öz torpağın yada verən kəslərə vay... Qulağları kar eləyən səslərə vay... Susma vətən. Qucağında mürgü vuran övladına layla denən. İnsanlığın bada vermiş insalara rüsva denən. Qonağınız evinizi sizdən alıb, bəs ədalət harda qalıb? Niyə bunu görüb susur, dünya, denən?! Bu gün sənin şəhidinin anım günü. Gözün aydın. Bu gün seyyid oğlu seyyid şəhid olub. Öz qanıyla yuyub sənin üz-gözünü. Yəni sənə qurban edibdir özünü. Ürək, sən də dua eylə. Bu məsgənçün ölən kəsə, bu məsgəndə dua eylə. Vətən, sən də dua eylə. Dua elə vətənini canından da çox sevəndən, Allah özü razı qalsın. Qiyamətdə Əhlibeyt öz yanına onu alsın. Bu şeirin çatdı sonu. Mübariz bir Mübarizə yazdım bunu. Şeirimlə dua etdim. Allah ona rəhmət etsin. Allah yerin cənnət etsin.müəllif: Qafar Şövqi
"eqoist": Unknown
Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ