Qalıb hələ...

Bu yazıya counter dəfə baxılıb
Qalıb hələ...
özünü asan azrularımın son inamı...


barmağından üstümə çıxarıb atdığın
üzüyün tökülmüş qaşları...
çırpdığın qapının zərbəsindən
divarların əməmlə gəlmiş çatları...
qalıb hələ...

sındırdığın güzgüdə çiliklənmiş əksimin
dabanımın qanı ilə yuduğum üzü...
çərçivədəçıxarıb yandırmaq istədiyin
toy şəklimizin əzikləri...
və hələ də  bu çərçivənin boşluğundan
özünü asan azrularımın son inamı...
qalib hələ...

qalıb hələ...
dodaqlarının izi fincanda,
güzgünün qabağında qoxladığım tellərin
darandığın daraqda....
səni xatırladır cehizlərin hər otaqda...

sevgimizdən daha etibarlı imiş,
göyərçin əllərinlə qoyduğun
gəlinlik gülünün şeir dəftərinim
arasında qurudulmuş ləçəkləri ....
qalıb hələ...

qalıb hələ...
evimizin kənlarından  iki addım o yana
daş parçası ilə cızdığımız
sevgimizin nişanəsi...
bəlkə də ...
bəlkə də o ola
bətndəki barışmağın bəhanəsi...

Qabil Ədalət
.


Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ