25 iyun 2014-cü il tarixində Qax Dövlət Kukla Teatrında tanınmış yazıçı, müasir uşaq ədəbiyyatının sütunlarından olan şair, onlarla kitab müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Aləmzər Əlizadənin “Toya gecikən tülkü” adlı pyesinin tamaşası səhnəyə qoyuldu. Tamaşanın rejissoru Yusif Abdurahmanov, rəssamı Əmrah Məmmədov, musuqisi Xudayat Əsgərova aid idi. Uşaqlar və böyüklər tərəfindən böyük maraqla qarşılanan tamaşada baş rolda Aynurə Abbasova, rollarda Azər Kərimov, Araz Mehrablı, Zaur Paşazadə, Afət Yaqubova, İlmar Abdullayev, nağıçlı Nuru Mustafayev oynayırdı.
Mərasimdə iştirak edən müəllif tamaşada əməyi olanların hər birinə ayrı ayrılıqda təşəkkür edərək, tamaşadan razı qaldığını bildirdi. O, qeyd etdi ki: “Hələ sovet dönəmindən bu yana əsərlərim tamaşaya qoyulub. “Günah torbası” pyesim isə Azərbaycan Televiziyasının “Qızıl Fond”unda qorunur. Bu gün mən əməyimin bəhrəsini istədiyim şəkildə görüncə çox sevindim. Əlbəttə, burada başda Yusif müəllim olmaqla, bütün teatr heyətinin əməyi oldu. Bu günü mənə və mənimlə yanaşı burada iştirak edən hər bir tamaşaçıya yaşatdığı üçün Qax Dövlət Kukla Teatrına dərin minnətdarlığımı bildirirəm”.
Tamaşa oktyabr ayından başlayaraq Qax Dövlət Kukla teatrında sevimli tamaşaçılarının – uşaqların yolunu gözləyəcək.
kultur.az
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ