SAQIF QARATORPAQ
Mümkünmü
bir
ömrü
bölmək
iki
yerə-
birində
sən yaşayasan,
birində
o,
yaşamağa
haqqı var
axı,hər
kəsin...
Ömrümü
verdim
birinə,
mən
qürbətində yaşadım,
daşıdım
dərdimi
kimsədən
xəbərsiz,
tək-tənha.
Sənə
çatası
qalmadı
heç nəyim,
eşqimdən
savayı.
axı,vermirlər
insana
nəyisə
havayı.
Nə
deyim?
deməyə
sözüm yox,
qarşına
çıxmağa
bir
daha
üzüm
yox.
Gedirəm,
tutub
kədərin
əlindən
o
sənli günlərə.
çıxarmı
qarşıma
vəfalı-vəfasız
o
yerlər,
öpərmi
gözümdən?
Hələ
də
gözü
nəm
adını
yazdığım
şüşələr.
Küçələr
dolaşar
həsrətin
boynuna.
alarmı
qoynuna
bizi
də
xan
çinar?
yağmurlu
havalar,
bəzəkli
çətirin?
əlimdə,
saçımda,
gözümdə,könlümdə
ətirin
hələ
də
təzə-tər.
Yüksələr
könlümdən
bir
nida:
əlvida,
əlvida!
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ