Əxlaq Degenerasiyanın səbəbi

Bu yazıya counter dəfə baxılıb
                             
 
Cəmiyyətlərdə baş verən əxlaqa uyğun olmayan hadisələrin, sosial ədalətsizliklərin, Terrorun, asanlıqla törədilən cinayətlərin, xaosun və bütün zərərli vərdişlərin tək səbəbi kiçik yaşlardan uşaqlara Darvinist, materialist Düşüncələr aşılanmasıdır. Bu ən çox məktəb və Universitetlər, cəmiyyətdə qəlibləşmiş sözlər, adət-ənənələr və psixologiya vasitəsilə aşılanır. İnsanlara hələ uşaq yaşlarından eqoistlik, xəsislik, qorxaqlıq, mərhəmətsizlik, ancaq özünü Düşünmə kimi təlqinlər verilir. Məktəb və universitetlərdə isə bunun sözdə "elmi dayağı olan Darvinizm və materializm öyrədilir. Əsas öyrədilən mövzuya baxaq:
1. bitkiləri, heyvanlar, insanlar, ətrafda gördüyümüz bütün nizam, möhtəşəmlik Təsadüfən, uzun illər ərzində öz-özünə meydana gəlib. Şüurlarda Allah yaratmayıb fikri yerləşir və Allah (haşa) yoxdursa, hesab da yoxdur, hesab yoxdursa, Vicdana tabe olmaq da yoxdur. İnsanı idarə edən nəfsdir. Heyvanlar necə yemək üçün bir-birini parçalayır, törəmək zamanı gələndə çoxalır, amansız mübarizə meydanında həyatda qala bilmək üçün çabalayırlarsa, insan da eynilə təkamül etmiş bir heyvan olduğu üçün bu sadaladıqlarımızı yaşamalıdır. Bunu isə saxtakarlıqlarla, spekulyasiyalarla sözdə elmi bir təmələ söykəməyə, insanlara aşılamağa çalışırlar.
 "Həyat mübarizə meydanıdır, bu mübarizədə güclülər həmişə qalib gəlir". Bu təlqinə məruz qalan insan, zəif olmamaq üçün özündən zəifləri əzərək güclü olmağa çalışar. Çünki o əzməsə, onu əzəcəklər. Bir sözlə, insanı asanlıqla nəfsinin idarə etməsinə zəmin hazırlanmışdır. Bunun əksinə olaraq isə gerçək İslam əxlaqı insanlara öyrədilməlidir. Dinin gözəlliyi, gətirdiyi rahatlıq, səmimiyyət, Mərhəmət, şəfqət, vicdan, güvənilir mühit və sevgi peyvənd edilməlidir. Gerçək İslam deyirəm, çünki gerçək İslam xurafatçıların, İslamı gözdən salmaq üçün bidətlərin, saxta hədislər din adı altında aşılamağa çalışdığı kimi ağlayan, qara geyinən, musiqidən, SƏN olmaqdan, estetikadan, elmdən, müasirlikdən uzaq, haramların çox olduğu bir din deyil. Tam əksinə İslam elmə, səliqəli və baxımlı olmağa, estetikaya, musiqiyə, incəsənətə, gözəl olan hər şeydən zövq almağa, gözəl əxlaqa, vicdanlı, səmimi, dürüst, sevgi dolu, anlayışlı olmağa təşviq edən bir dindir. Belə bir dinin hakim olduğu cəmiyyətlərdə hər kəsin çox rahat, azad eyni zamanda güvənli olacağı və çox inkişaf edəcəyi bir mühit təbii ki,   arzuolunan   olar ...


Ülviyyə Əlizadə
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ