Aləmləri
yaradan,xəlq edən Allah,
Özümə bənzərin
yaradım dedi.
Bununçün
Dünyanı yaradan Allah,
Günəşdən
parçalar ayırım dedi.
Günəşdən
ayrılan bütün parçalar,
Günəş aləmində
cəzb olundular.
Onunla
birlikdə dövrə vurdular,
Günəşin
nurundan nəsib aldılar.
Parçaların
birində Dünya yarandı,
Altı günə
yerlər, göylər yarandı.
Öz məhvərində
Dünya fırlandı,
Gecələr,
gündüzlər belə yarandı.
İldə bir Günəşin
başına döndü,
Rəngarəng fəsillər
belə yarandı.
Adəmi bir
parça gildən yaratdı,
Mübarək
ruhundan ona ruh qatdı.
İnsanlıq törəyib
çoxalsın deyə,
Həvvanı Adəmə
həmdəm yaratdı.
Şeytan
insanlığı qısqandı deyə,
Tanrı itaətindən
boyun qaçırtdı.
İnsanı
çaşdırmağa şeytan and içdi,
Məhşərədək
Tanrıdan möhlət istədi.
Adəmnən Həvvanı
yoldan çıxardı,
Behiştdən
Dünyaya yolçu elədi.
İlk yaradılan
insan Adəm olsa da,
Məhəmmədin
nuru öncə yaranmış.
Adəm ərşin
qapısında La-İlahə İlləllah
Məhəmmədən Rəsul
Allah oxumuş.
Sonra
ağıl,ruh,məna,həqiqət,vicdan,
Aşkarlıq gətirən
nurdan ərsəyə gəlmiş.
Tanrı Məhəmmədi
özüylə insanlara
Vasitəçi etməkçün
qərara gəlmiş.
Günəş maddi
aləmi nuru ilə aydınlatsa da,
Məhəmməd mənəvi
aləmin Günəşi olmuş.
Gizli, qapalı
aləmləri aydınladaraq,
Qurani- Kərimlə
bərqərar olmuş.
İnsan
torpaqdan yaranmış,torpaqla yaşamış,
Sonunda yenə
də torpağa qayıtmışdır.
Torpağı insan
edən Yaradanın ruhudur,
Ruhun varlığı
ilə insan dərk olunmuşdur.
Ruha bağlı
olanlar insanı var edəndir :
Sevinc,kədər,duyğu,zövq,həyəcan,xəyal,
Vicdan,istək,iradə,mühakimə
və yuxunu
Beyində seyr edən
ruh,dərk etdirən Allahdır.
İnsanlar Ali
bir ruhdan həyat alsa da,
Nurdan
ayrılan ruhlar çox müxtəlifdir.
Bütün nəbatat
bir torpağın suyun içsə də,
Hərəsinin
dadı və rəngi çox müxtəlifdir.
Ruh bədənin
harasında,yerini bilən yoxdur,
Hər yerdə var
olan Rəbbin,yerini bilən yoxdur.
Ağıl ruhun
qidasıdır, mənasıdır - bilən çoxdur,
Canla ağılın
hasili o Vahiddir -şəkkim yoxdur.
Bir gün yenə
ruh dönəcək sahibinə,
Bədən yenə
dönəcək öz torpağına.
Arada yaşanan
ömür adlı bir yol var,
Başladığı
nöqtəyə yenə qayıtmağı var.
Həyatının qədrini
bil, yaşa savabla,
Sonunda
behiştlə faydalanarsan.
Uyub şeytan
felinə,batma günaha,
Həm bu,həm o
Dünyada cəzalanarsan.
Ömür
yollarında böyük sınaqlar,
Paklığa dönüşə
yollar hazırlar.
Qorxma, bu
dünyada olan acılar,
Paklığa
dönüşdə köməyin olar.
Etibarı bu həyatda
seçilmiş edən,
Gələn gözəl
sözlərə mirzədar edən,
Şerlərə gedən
çətin, uzun yollarda,
İbrahim
dostunu ona bələdçi edən,
Uca Tanrıya
dönüş -Paklığa dönüş.
ETİBAR
20.12.2013.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ