Tənhalıq fəlsəfəsi

Bu yazıya counter dəfə baxılıb

Viktoriya şəlaləsinin şəffaf suları altında gözəl bir qız yuyunur , su onun kürəyindən axaraq yanlarından aşağı süzülür . Qoca dərviş həsrət dolu baxışlar-la bu ilahi anı , dünyanın ən gözəl mənzərəsini seyr edir . İlk və yeganə məhəb-bətini xatırlayır . Sevdiyi qadın Troyalı Yelena qədər gözəl olmasa da , ən pis halda onunla rəqabət aparmağa layiq olacaq gözəllikdə idi . Qoca dərviş ilahi gözəlliyə malik bu qıza baxdıqca tənha ötən illərinə görə kədərləndi . Lakin bir həqiqəti dərk etdi ki , bu cür müqəddəs eşqə layiq de-yil . Vücuduna yad baxışların toxunduğunu hiss edən qız diksindi , ağ göyərçinə dönərək səmaya qalxdı , bir andaca görünməz oldu . Qoca dərviş dərin düşüncələrə dalaraq anladı ki , ən sadiq sirdaşı - tənhalıq bir daha heç zaman onu tərk etməyəcək .
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ