Adamlar duymadı məni,
İçimdən çölə qaçdılar.
Xırmanda qoydular dəni,
Yellənib, yelə qaçdılar.
Xırmanda qoydular dəni,
Yellənib, yelə qaçdılar.
Adamlar qoymadı məni
Bir azca mən də yaşayım.
Bəlkə gedim bu şəhərdən
Qayıdım kəndə, yaşayım.
Bir azca mən də yaşayım.
Bəlkə gedim bu şəhərdən
Qayıdım kəndə, yaşayım.
Adamlar doymadı mənim
Qanımdan doymadı, lələ.
Dostlar zalım, qardaş qənim,
Adamlar beləymiş, belə...
Qanımdan doymadı, lələ.
Dostlar zalım, qardaş qənim,
Adamlar beləymiş, belə...
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ