10 may günü müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin doğum günüdür. Bu gün münasibətilə 9 may tarixində Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədri Ramiq Vəliyev, sədr müavinləri Aysel Vəlizadə və Tural Vəliyev, həmçinin Təşkilatı bir qrup üzvü Fəxri Xiyabanda ümummilli liderimiz mərhum Heydər Əliyevin və elm xadimi akademik Zərifə xanım Əliyevanın qəbrini ziyarət ediblər. Azərbaycanı ən çətin vəziyyətdə qurtarıb bu günki müasir və demokratik vəziyyətinə qovuşmasını təmin edən və əvəzsiz dövlətçilik ənənəsinin əsasını qoyan ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizlə bağlı yaratdığı baza hər zaman hər bir Azərbaycan vətəndaşı üçün örnək olmuşdur. Bütün ömrünü Azərbaycanın güclənməsinə və çiçəklənməsinə həsr edən Heydər Əliyevin milli mənəvi dəyərlərimizlə bağlı qoyduğu irs Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi üçün də əsas qaynaq təşkil edir. Bu ziyarət Təşkilatı fəaliyyət istiqamətlərini müəyyən edən əsas dəyərləri qaynağı ulu öndərimizə olan dərin hörmət və sevginin təzahürüdür. GMİİB bu illər ərzində keçirdiyi bütün tədbirlərdə ulu öndərimizin əsasını qoyduğu dövlətçilik prinsiplərinə sadiq qalmışdır və gələcək fəaliyyətlərdə də bu bağlılıq daha da artaraq davam edəcəkdir.
GMİİB Ulu öndərin məzarını ziyarət etdi
Bu yazıya
dəfə baxılıb
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ