Nicat Həşimzadə - Platonik məhəbbət

Bu yazıya counter dəfə baxılıb
                                          
   
         
Platonik  məhəbbətin  mövcudluğuna  hər  zaman  ironiya   ilə yanaşmı -şam . Bu cür sevgilər haqqında hekayələr oxuyanda  simamda gülüş ya-ranardı . Əvvəlcə şəklini gördüm . Ona  qarşı   xüsusi  marağım  yarandı. Sonra  səsini eşitdim . Öncə  səsinə aşiq oldum . O ana qədər  düşünməz-dim ki , insanın səsinə aşiq olmaq olar . Yəqin ki , platonik  sevgilər  be-lə olur . Mən də bu bəlaya  düçar  oldum . Lakin 22  illik  həyatımda  ba-şıma gələn  ən gözəl  bəladır  bu .                                                               Freydlə  aramızda ortaq  cəhətlər var . Cinsəl münasibətlərin psixologi-yasında onun qədər  uğurlu insan yoxdur . Lakin  30 yaşının  tamamına qədər  qadın   bədəni  görməmişdi . 22   yaşımın olmasına  baxmayaraq mən də canlı  olaraq  qadın bədəni görməmişəm . Bəlkə Haynrix Böllün  başına  gələn  monoqamlıq  xəstəliyinə tutulmuşam .                                 Ölüncəyə  qədər  təkcə bir insan  tərəfindən  sevilmək istəyirəm . Hətta  bu istək  qarşılığında  bütün  bəşəriyyətin  nifrətiylə  vuruşmağa hazıram Onu tanıyandan  sonra  həyatımın  harmoniyası pozulsa da ruhumda  bir  rahatlıq  duyğusu  var . Ancaq   düşünürəm .  bəs  o  məni tərk  edəndən  sonra  nələr olacaq ? Axı mən onun üçün  uşağam , şıltaq , şən bir uşaq . Nəvazişə bəlkə də ehtiyacım var , fəqət mərhəmət  və  təsəlli laızm deyil mənə . Bu  gün  görüşdük . Olduqca səmimi  söhbətlər  etdik . İndi onun nələr  düşündüyünü   bilmirəm . Bəlkə də  zamanını mənasız  münasibət-lərə   sərf  etdiyini  düşünür . Şipşirin  yanaqlarından  öpmək , əllərindən tutub  bir ömür  boyu yanımda  saxlamaq istədim . Sadəcə istədim . Am-ma  bacarmadım . Don Juanlıq məharətim  heç  zaman olmayıb . Gizli  evlilik  təklifi  münasibətlərimizə son qoya bilərdi . Amma   sözü  zara-fata  çevirib  mövzunu dəyişə  bildim . 10 il sonra  uşaqlarını məktəbə apardığı zaman bəlkə də tale bizi görüşdürəcək . Və mən sual verəcəm . 10 il əvvəl  evlənmə təklifi  etsəydim qəbul edərdin ? o da   cavab verəcək ki , rədd ol get .  Artıq  çox  gecdir .  Nədir   axı  lənətəgəlmiş  sevgi ? Sevgi 20  yaşlı  gözəl  qızla  ecazkar   yataq  münasibətləri  ya-şadığın  zaman  40  yaşlı  qadının  həsrətini  çəkməkdir . Bax  budur əsl sevgi .Ona məni sevməyi öyrədəcəm , bir problem var . O artıq qulaqları ilə  sevəcək yaşı  keçib . İndi öz  məntiqinə və  zövqünə  inanır  .  Hətta  zövqünə uyğun  kavaler olsam belə  məntiqinə  görə   qəbul  etməyəcək . Dostoyevski hansısa  xoş  günündə içib sərxoş olduqdan sonra bu sözləri  deyib – gözəllik  dünyanı   xilas  edəcək . Mənsə əminəm ki  ,  gözəllik dünyanı məhv edəcək . Çünki cəhənnəm  adlı məmləkət gözəllik  simvo-lu olan  qadınların  təhtəlşüurundadır . O da öz gözəlliyi ilə  məni məhv edə  bilərdi . Lakin  məhəbbətim  platonik olaraq  qaldığına  görə  uğur-suzluq  yaşamadım . Hətta  vida  görüşümüz   belə olmadı . bəlkə bu , bir  daha  görüşməyimiz  anlamına  gəlir . Eh   nəysə   cəhənnəm  olsun  hər şey , mənasız  söhbətimlə  başınızı  yordum . Daha  gecdir , gedin yatın .



                                                                             
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ