Xəyalə Sevil - Pəncərədən boylanıram

Bu yazıya counter dəfə baxılıb
Pəncərədən boylanıram, Ay güzgümdə aylanıram. Yer üzü qadın qapısı, Gecə yarı döymək olmur. Göy üzü yadın qapısı, Dəymək olmur, Dəymək olmur...
Həmin yol, həmin küçədi, Qarayanız bir gecədi. Bu azalan adamların arasında Bir sən yoxsan, Bir mən yoxam. İki oldu bu yoxluq. Böyüdü, boyumdan da Yekə oldu bu yoxluq. Heç kim ilə bölünməyən Tikə oldu bu yoxluq. Ömrümdən sənsiz illərim Meyvə kimi dəyib düşür, Gözlərimi döyüb düşür. Və beləcə, Və beləcə Ölüm məndən duyuq düşür. Torpağın qara canına Mənim boyda oyuq düşür.
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ