Daha nəyin qalıb, haran göynəsin,
Dağlara dağ çəkdik, Aran göynəsin,
Qoy bir az duz səpim, yaran göynəsin,
Laçınsız Laçını oynama, qardaş !
Didir bir-birini "O" "Bu"nun üstə,
Yaman fırladırsan quyunun üstə,
Tökmə acığını oyunun üstə,
Laçınsız Laçını oynama, qardaş !
Ürəyi dağlıdı küsər qız, gəlin,
Bizdən ümidini üzər qız, gəlin,
Dözməz əsirlikdə əsir qız-gəlin,
Laçınsız Laçını oynama, qardaş !
Ta keçib... sarmaşıb nahaq doğruna,
Hanı itmiş yuvan basım bağrıma ?
Doğranmış kefinə soğan doğrama,
Laçınsız Laçını oynama, qardaş !
Soyut, ürəyini kaman, tarınla,
Çaldır "Kərəmi" ni dərd-azarınla.
Yanına salınmış qanadlarınla,
Laçınsız Laçını oynama, qardaş !
Çəkək dərdimizi, çəkək, nə ki var...
Dərdə yüklənməyə bizdə çəki var.
Nəyi oynayırsan oyna, o ki var.
Laçınsız Laçını oynama, qardaş !
Dağlara dağ çəkdik, Aran göynəsin,
Qoy bir az duz səpim, yaran göynəsin,
Laçınsız Laçını oynama, qardaş !
Didir bir-birini "O" "Bu"nun üstə,
Yaman fırladırsan quyunun üstə,
Tökmə acığını oyunun üstə,
Laçınsız Laçını oynama, qardaş !
Ürəyi dağlıdı küsər qız, gəlin,
Bizdən ümidini üzər qız, gəlin,
Dözməz əsirlikdə əsir qız-gəlin,
Laçınsız Laçını oynama, qardaş !
Ta keçib... sarmaşıb nahaq doğruna,
Hanı itmiş yuvan basım bağrıma ?
Doğranmış kefinə soğan doğrama,
Laçınsız Laçını oynama, qardaş !
Soyut, ürəyini kaman, tarınla,
Çaldır "Kərəmi" ni dərd-azarınla.
Yanına salınmış qanadlarınla,
Laçınsız Laçını oynama, qardaş !
Çəkək dərdimizi, çəkək, nə ki var...
Dərdə yüklənməyə bizdə çəki var.
Nəyi oynayırsan oyna, o ki var.
Laçınsız Laçını oynama, qardaş !
"eqoist": Unknown
Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.

Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ