Səni düşünürdüm, qarşıma çıxdın.
Məni fikirləşmə dedin hələ bir.
Bəxtəvər başıma insaflı oldun.
Bəxtəvər başıma, yazığın gəlir.
*************
İzn ver, mən ancaq səni düşünüm.
Dəyərli eləyim hər imkanımı.
Səni düşünmək bir ibadət olsa,
Qəzaya vermərəm bircə anımı.
**************
Dedin ki, sevmirəm, canın sağ olsun.
Sənlə yaşamadım, sənsiz ölmərəm.
Yalan danışanda üzün qızardı.
Mən sənə üzü ağ deyə bilmərəm.
**************
Verdiyin qələmlə yaza bilmirəm.
Mürəkkəb dağılır, ağzını bağla.
Sənin hədiyyən də sənin kimidir.
Gəl apar özünü, özündə saxla.

Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ