Ayan Ağayeva - BORÇALIM,AZƏRBAYCANIM

Bu yazıya counter dəfə baxılıb
Uzun illərdir bu divarlar qarşısında; Azərbaycan dövlət keçid məntəqəsi ,yazılmış divarların qaşısında maşını saxlayanda qəribə hisslər yaşayıram !.Havasını udduğum ,suyunu içdiyim ,torpağı üstde gəzdiyim bir dövlətin necə qüdrətli olduğunu ,ona bağlı olduğumu daha dərinden hiss edirəm ve qürurlanıram....Amma ,cemi bir neçə yuz metr o yandakı olan keçide keçmək üçün səbrsizlənirəm ,ürəyimdə qəribə bir sevinclə ,qəribə bir istəklə o biri keçidə tərəf keçməyə can atiram ..!!! Ömrümün cəmi 18 ilini yaşadığım bir torpağın havası ,tamam bam- başqa gəlir mənə. Ele bil, bu torpağın etri canıma rahatlıq ,ruhuma ruh qatır ..ayağımın altındakı torpaq da dəyişir ,ayağımın altındakı torpaqdan qəlbimə ilıq nəfəs gəlir ,allah, bu nə möcuzədi, nədi insanın doğulub böyüdüyü torpağın gücü, niyə susuzlayır insan, dünyaya göz açdığı toqpaq üçün .Hələ doğulub, dünyaya göz açdığın ata yurdu ..Darvazadan içəri ayaq basırsan, qanına canına yayılır, evin ocağın şirinliyi ....Belece cəmi 3-4 gün ruhun dincəlir və bu biri vətən çağırır ...evin ,yuvan üçün darıxmağa başlayırsan, başlarsan doğma BORÇALIMLA vidalaşmağa .Hər dəfə, dağları – təpələri gözdən keçirərəm, vidalaşaram; dağlar – dərələr ,nəfəs aldığım havanı,,içdiyim suyu mənə halal eyləyin, bilmək olmaz ,bəlkə , bir daha dönə bilmərəm ...məni gözləyən başqa vətənim də var -qoynunda mənə yuva verən ,bu yuvada evladlarımı böyütdüyüm vətənim ...Bilirəm, bu torpaq mənim cismimi öz qoynuna alacaq ( inşallah əgər qismət olarsa ) ....BORÇALIM,AZƏRBAYCANIM....iki.vətənli canım !!!
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ