Nigar Məhərrəmli - Yenə yaz gəlir
Bu yazıya
dəfə baxılıb
Toplayıb gücünü yenə də aran,
Səmaya üz tutur,yerdən dirçəlir.
Qışdan borc aldığı vaxta,vədəyə,
Mənim qış ömrümə yenə yaz gəlir.
Daha üşümürəm,boran,çovğuna,
Şaxta qılıncını qoymuşdur, qına.
Gözümün şaxından,buz sına-sına,
Mənim qış ömrümə yenə yaz gəlir.
Hər yan yavaş-yavaş,yaşıla dönür,
Səsləyir,o yandan bu dağlar məni.
Qışın dərd-sərinə batan könlümdə,
Yuyub,təmizləyir,bulaqlar məni.
Açılır,könlümün o sən gördüyün,
Paslanmış,kir tutmuş qaşı-qabağı.
Sənsiz,cürət edib qışı gömdüyüm,
Sənsiz yaşadığım yenə yaz gəlir.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ