- 2005-ci ilin oktyabr ayından etibarən
Azərbaycan Dövlət Neft Şirkətinin struktur bölmələrində çalışmağa başladım.
Abşeron Qİİ-də “İcraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsi”nin rəisi,
Qobustan KQİİ-də “Personalın idarə olunması şöbəsi”nin rəisi və digər
vəzifələrdə çalışdım. 2010-cu ilin mart
ayından sonra “Kompleks qazma işləri” trestinin Qazmaservis və Logistika
İdarəsində kadrlar şöbəsinin rəisi vəzifəsində işlədim. İşlədiyim Qazmaservis
və Logistika İdarəsi də daxil olmaqla “KQİ” trestinin tərkibində olan 7 idarə
ARDNŞ rəhbərliyinin 28 dekabr 2013-cü il
tarixli və çalışdığım “Kompleks qazma
işləri” trestinin 28 dekabr 2013-cü il
tarixli “117” nömrəli əmri ilə bu il yanvarın 1-dən etibarən ləğv edildiyi üçün
və eyni zamanda çalışdığım vəzifəyə uyğun iş yeri təklif olunmaması səbəbindən15
yanvar 2014-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci
maddəsinin “b” bəndinə əsasən işəgötürən tərəfindən “Rəsmi xəbərdarlıq”
edilməklə ştat ixtisarı ilə əlaqədar işdən azad oldum.
2.
Çalışdığın trestin rəhbərliyi yəqin ki sənin ədəbi-ictimai müsatəvidə
çalışmalarından, Azərbaycan Yazıçılar Birliyi kimi nüfuzlu təşkilatın Muğan Bölməsinə rəhbərlik etməyindən, 10-a yaxın kitab
müəllifi olmağından və s. xəbərdardır. Çoxmu çətin idi bir yazarı işlədiyi
ARDNŞ-nin qazma sistemində uyğun işlə təmin etmək?
- Əlbəttə mümkün idi. Ancaq, nəticə və təcrübə
göstərdi ki, çalışdığım sistemdə bir insanın bu sistemdə uğurla yürütdüyü vəzifəylə
bərabər həm də millət adına gördüyü işlərdən, ədəbi-ictimai müstəvidə
fəaliyyətindən daha çox, məhəlliçilik,
qohumbazlıq, dostbazlıq və eyni zamanda sənin kim olman yox, sənin kim
tərəfindən tapşırılman daha önəmlidi. Deyək ki, neft sənayesində 30 il can
qoymuş mütəxəssisi bir kənara atıb istehsalat prosesindən anlamayan birinə
himayədarlıq etmək və onun maaşı əskilməsin deyə vəzifəsini qoruyub saxlamaq
hansı məntiqə uyğundu?! Yaxud ölkəni dəfələrlə beynəlxalq miqyaslı tədbirlərdə
layiqincə təmsil edən, aktiv ədəbi-ictimai fəaliyyətlə məşğul olan, çalışdığı
vəzifənin öhdəsindən layiqincə gələn ali təhsilli, respublika ictimaiyyəti tərəfindən kifayət
qədər yaxşı tanınan bir qələm adamına xeyli aşağı maaşlı iş təklif edib, orta
təhsilli birini fəhləlikdən mühəndis vəzifəsinə keçirmək hansı ədalət
prinsiplərinə uyğundur?!
3.
ARDNŞ-də, çalışdığın qazma sistemində işlədiyin müddətdə yazar və ziyalı olaraq
rəhbərliyin xüsusi qayğısını və diqqətini hiss edirdinmi?
- Çalışdığım müddətdə ədəbi-ictimai fəaliyyətimlə
iş həyatımı qarışdırmamağa çalımışam. Dəvət aldığım tədbirlərə işdən sonra və
şənbə-bazar günləri getməyə üstünlük vermişəm. Yəni siyasi dillə desək ədəbi
fəaliyyətimdən və imzamdan iş həyatımda divident kimi istifadə etməmişəm.
Ancaq, təbii ki, texnologiyaların yüksək inkişaf etdiyi bir zamanda yaşayırıq,
bu səbəbdən işlədiyim sistemdə sıravi işçilərdən tutmuş rəhbərliyə qədər bir
çox insan yaradıcılığımdan xəbərdar idi və bu nədənlə sıravı işçilərin və mütəxəssis heyətinin doğma baxışlarını, isti
münasibətini daim öz üzərimdə hiss etmişəm. Lakin siz məhz rəhbərliyin
münasibətini soruşduğunuz üçün tək bir faktı deməyi yetərli hesab edirəm.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 179-cu maddəsində “İşçilərin iş
yerinin və orta əmək haqqının saxlandığı hallar” sadalanır. Bu maddənin “d”
bəndində qeyd olunur ki, “müvafiq hakimiyyət orqanlarının, ictimai
təşkilatların keçirdiyi forumlarda, müşavirələrdə , iclaslarda və digər
tədbirlərdə iştirak etmək üçün” işçiyə əmək haqqı saxlanılmaqla icazə verilir
və bu əmrləşdirilir. 2010-cu il mayın 29-30-da Ankarada Azərbaycanlıların və
digər Türksoylu Xalqların Əməkdaşlıq Mərkəzinin və TÜRKSAM-ın birgə təşkil
etdiyi Prezident Yanında Qeyri Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşən beynəlxalq miqyaslı tədbirdə iştirak etdim. Tədbirdən
sonra ATXƏM Başqanı hörmətli İlham İsmayılov çalışdığım “KQİ” trestinin
rəhbərliyinə 258 nömrəli rəsmi məktub ünvanladı. O məktubdan kiçik bir parçanı
sizin nəzərinizə çatdırım: “...Konfransda Namiq Hacıheydərlinin iştirakı
Azərbaycan nümayəndə heyətinin tərkibinin daha da zənginləşməsində müstəsna rol
oynamış, bu beynəlxalq konfranslardakı çıxışları, mövqeyi dövlətçilik maraqlarımızın
qorunmasında böyük əhəmiyyət daşımışdır...” Bu iştirakım tədbirlərə qatılmam
üçün rəhbərliyə ünvanlanmış məktub əsasında yuxarıda dediyim maddə ilə
əmrləşdirilərək gerçəkləşmişdi. Təəssüf doğuran hal budur ki, ölkəmiz üçün çox
faydalı işlər görmüş və görməkdə olan nüfuzlu bir qurumun bu məktubuna nəinki
cavab verildi, əksinə bundan sonra konfranslara qatılmaq üçün işlədiyim trestin
rəhbərliyinə ünvanlanan məktuba sadəcə şifahi şəkildə mənfi cavab verilməklə
əslində bir daha bu miqyaslı tədbirlərə qatılmam məhdudlaşdırıldı. Bu münasibət
əslində ədəbiyyatımızın, yurdumuzun,
millətimizin və dövlətimizin taleyi ilə bağlı məsələlərə münasibətin
göstəricisidi. Ancaq, qeyd etməyi gərəkli bilirəm ki işlədiyim İdarələrdə
rəhbər vəzifələrdə çalışan xeyli sayda yaxşı insanlar da çıxdı qarşıma. Onların
sayğısını və qayğısı heç zaman unuda bilmərəm. Məsələn, Qobustan KQİİ-də
çalışdığım zaman bu idarənin rəisi vəzifəsində çalışan İsayev Əli müəllimdə
gördüyüm yüksək mənəvi keyfiyyətləri nə acılar ki, eyni statusa malik olan başqalarında
arasam da görə bilmədim. Eyni zamanda bu sistemdə ədəbiyyata, sözə, mənəviyyata
sayğısı olan xeyli sayda dostlar qazandım.
Söhbətləşdi:
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ