Həyatda o qədər cavabın
bilmədiyimiz suallar var ki gəl görəsən.Biri düşünür ki, görəsən benzinin
qiyməti yenə qalxacaq, ya yox?Adama deyən lazım ,a qardaş pulun yoxdu, sat
maşını, sənin canın bu fikirlərdən qurtarsın, bizim də canımız tıxacdan.Başqa birisi
düşünür ki, görəsən Yerə yaxınlaşan o meteroit başımıza düşəcək, ya yox? A
başına dönüm, nədən qorxursan? Biri var döydələnin tikintisindən bir taxta
çıxıb düşə başına öləsən, biri də var göydən meteroit düşə öləsən. Buna deyərəm
karlı ölüm.Səndən bütün dünya danışacaq,kef elə başını yorma.O biri də düşünür
ki, görəsən bu qarşıda gələn yayın modasında hansı rəng üstün olacaq, ay sənin
canın yanmasın, heç eşitmisən nənələrimizin paltarının rəngindən narazı
qaldığını.Burda deyərlər oxşa oxşamışlarına.Eh dünya, nə qədər problem var səndə.Bir
tərəfdən də bu Hacıbala müəllim öz cümləsi ilə türklər demiş şaşırtdı bizi.Kişi
deyir ki, Azərbaycanda bir kişi var, o da prezidentimizdi.Mən bilən hərənin
özünə görə kişiliyi var.Paytaxtımızı sökə-sökə tikən bu Hacıbala müəllim bizimlə
razılaşmır ki ,razılaşmır.Arada fikirləşirəm ki, bəlkə başı yaman qarışıqdı
Bakını sökməyə,ağzından çıxanı qulağı macal tapıb eşitməyib.Nədə olsa o boyda Montini,
Papanini yox etmək balaca iş deyil.Yoxsa oturduğu yerdə niyə qarğiş yiyəsi
olmaq istəsin ki.Bu ehtimalım doğru ola bilər öz aramızdı.Başqa cür necə ola
bilər ki ,bir dövlət rəsmisi çıxıb xalqın bütün kişilərini (özü qarışıq)təhqir
edə.Nəysə. Bu “kişi” sözü elə o vaxtı da Baba Pünhanımızı da narahat edib.Allah rəhmət etsin ona.Sözünü
yadınıza salsam, bir savab da burdan qazanaram bəlkə.Pünhan deyib:
O qədim Ankarada Pünhana erkək dedilər, Kişi bizlərdə imiş, sən deme ,türkdə
“kişi” yox. Mən Pünhana inanıram.Kişilərimizin
Allah canın sağ etsin, ölmüş kişilik varsa da ruhuna fatihə.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ