Xocalının Səsi

Bu yazıya counter dəfə baxılıb
    
                                                         Ey tarix, eşidirsən səsimi?Mən Xocalıyam.Hər hadisəni öz səhifələrinə köçürüb keçmişin sübutu budur deyirsən,feodalların geyimini,şahzadələrin kef məclislərini,kralların haram  pullarının surətlərini  öz səhifələrində elə təsvir edirsən ki ,elə bil gələcək nəsillər onları tanımasa ədalətsizlik olar.Ey nankor tarix,Məni yaz məni.Şahzadə Diananın ölümünü minlərlə insanlar araşdırır səbəbini tapsın deyə.Bəs məni niyə çoxları tanımır,bunun günahkarı sənsən.Öz səhifələrini pula,var-dövlətə satma,səni yazan qələmlər insafsızlıq etməsin.Məndən yaz məndən,yaz ki tanısınlar Xocalı “kimdir”,bilsinlər nə müsibətləri görmüş Xocalı,anlat səni vərəqləyənlərə ki,Xocalı- yüzlərlə günahsızın ruhunun rahatlıq tapmadığı yerdi.De onlara,Xocalı-1992-ci il fevralın 25-dən 26-sına keçən gündə bağrı qanla doldurulan biridi.Xocalı-613 cansız bədəni bir gecədə qollarına alan biridi.De bilsinlər ki, 8 ailənin tamamilə silindiyinin,25 uşağın hər iki valideynini,130uşağın isə valideynlərinin birini itirdiyinin şahididi Xocalı.Bir anlıq mənim yaşadıqlarımı gözlərinin önlərinə gətirsinlər,hamilə qadınların qarınlarına yaba keçirilir, dilsiz-ağılsız uşaqların üstünə qaynar yağ tökülür,valideynlərin gözləri önündə övladları zorlanır,uşaqlar yerdə atalarının başsız bədənini görürlər,qadınlar həyat yoldaşlarının gözü önündə soyundurulub isgəncəyə məruz qalırlar,daha sayımmı?Mənim yaşadığımın bircə mislini hiss etsələr,vicdanları dilə gələr,mənim övladlarımın ah-naləsinin yerdə qalmasına razı olmazlar.Səni göz atanlara çatdır ki,Xocalı- anası Azərbaycandan ayrı salınan ,illərlə gözünün yaşı qurumayan baladı,Xocalı-yad insanların tapdağı altında doğmaları üçün darıxan biridi.Mənim soyqırımımı  tanıyan Amerika ştatlarının kağızda qalan qətnamələri nəyimə lazım?!Dərddən sinəsi çatlaq-çatlaq olan birinə bir damci su neyləyər?! Ey tarix,qalın şriftlərlə yaz mənim haqda,bağır səsin çatdıqca mənim fəryadımı gələcək nəsillərə.Qoy,axtarış portallarında pornoların,cindarların,foksyorların videolarının yerinə məni axtarsınlar,pərdələnmiş gözlərini ovuşdurub məni görsünlər,məni anlasınlar,Xocalıda baş verənləri açıq-aydın yazmaq mentalitetimizə yaraşmır deyənlərə inad məni iliyimə qədər araşdır yaz.Keçmişdə qalıb unudulmayım,yaz ki hamı bilsin ermənilər necə millətdi,sarkisyanların,koçaryanların –mənim fəryadımın səbəbkarı olan bütün “yanlar”ın necə alçaq əclaf olduqların duyur hər kəsə.Soyköklərinə qədər nifrət etdiyimi onlara hər gün qarğış etdiyimi çatdır hər kəsə.Vaxt gələcək öz qanlarında boğulacaqlar bunu bilsinlər o soysuzlar. Mənim yaşadıqlarımı daha heç kim yaşamasın deyə mənim göylərə ucalan naləmi kar olmuş qulaqlara çatdır.Birdə mənə söz ver ki,erməni və ya onların havadarlarının puluna səhifələrinin həqiqətini satmayacaqsan. Ey tarix vaxt ayır,mütləq məndən yaz.

Azadə Abdinova
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ