İnsanı yoxluqdan varlığa daşıyan
bir qatardı ana bətni...
Sən heç ana bətnində ağlayan uşaq gördünmü?
Çox doğmadı axı,
çox rahatdı
nə olsun ki, dardı ana bətni?
Fikir vermisənmi,
insan qatar dayananda deyil,
şütüyəndə daha rahat uyuyur.
Nədəndir bu belə,
düşündünmü heç niyə?
Bəlkə də
nə olsun ki, dardı ana bətni?
Fikir vermisənmi,
insan qatar dayananda deyil,
şütüyəndə daha rahat uyuyur.
Nədəndir bu belə,
düşündünmü heç niyə?
Bəlkə də
relslərin
takka-tukudur onu uyudan -
ana ürəyinin səsinə bənzərdi deyə.
Axı o 9 ay belə uyuyub -
bu döyüntünü duya-duya...
İnsanı yoxluqdan varlığa daşıyan bir qatardı ana bətni
bir istiqamətli,
dönüşü olmayan;
mənzil başına yetirib, kəsər göbək bağını
sərnişinini ölüm “lokomotivinə” qoşar gedər...
Bu səfərin ən pisi odur ki,
Çox zaman yolçu qalar,
Qatar gedər...
ana ürəyinin səsinə bənzərdi deyə.
Axı o 9 ay belə uyuyub -
bu döyüntünü duya-duya...
İnsanı yoxluqdan varlığa daşıyan bir qatardı ana bətni
bir istiqamətli,
dönüşü olmayan;
mənzil başına yetirib, kəsər göbək bağını
sərnişinini ölüm “lokomotivinə” qoşar gedər...
Bu səfərin ən pisi odur ki,
Çox zaman yolçu qalar,
Qatar gedər...
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ