Baxırıq
göy üzünə, dolmuş buludlar,
Görünür
yağacaq yenə güclü yağışlar.
Durmusan
yanımda, gözlərində buludlar,
Bir
sözümə bənd kimi, yağacaqdır yağışlar.
Fikrində
şübhələr, yanlış olan xəyallar,
Bilirəm,
inanmırsan yersizdir çox suallar.
Sənə
yalan görünür verilən bu cavablar,
Bir
sözümə bənd kimi yağacaqdır yağışlar.
Düşünürəm,
neyləyim, silinsin gözlərindən,
Nə
deyim yenə də gülsün küskün könüllər,
Qovuşsun
yanan ürəklər, tutuşsun əllər.
Allahım
yardım et, sənə bütün ümidlər,
Qoy
yağsın leysantək yenə yarın üstünə,
Etibarın
qəlbindəki bitməz, sönməz sevgilər,
Bir
sözümə bənd kimi yağacaqdır yağışlar.
20.09.2013

Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ