Etibar Salmanov- Ş Ə R Q

Bu yazıya counter dəfə baxılıb
            
                                      
                                       Bəstəkar Tural Bakuvinin “ŞƏRQ”
                                                 Kompozisiyasına
        
                      Dörd cəhətin seçilmişi,mükəmməli qoca Şərq,
Bütün yaranışınla bu dünyanın tacı,qoca Şərq.
Böyük Günəş səndə doğar,bu cahana yayılar,
Şəfəqiylə,işığıyla bütün cahanı tam aydınladar.

Allahın yaratdığı möcüzəyə,hikmətə,sirrə bax sən,
Mədəniyyət,incəsənət Günəşi də səndə doğmuşdur.
Bir hikmət ki, bütün dinlər ilk səndə yaranmışdır,
Dinlər şahı İslamın Günəşi də Şərqdə doğmuşdur.

Yaradan sınağa çəkmiş bütün Şərq xalqlarını,
Keçilməz,susuz səhralarla sınamış insanları.
Sonra böyük Quranı mükafat vermiş Şərqə,
Şükürlər olsun Tanrım,bu böyük məsləhətə.

Sən müdriklik,mədəniyyət,sən muğamat beşiyi,
Gətirmisən dünyaya Bəhmənyarı,Sədini,Firdovsini.
Ulu Nizami kimi tükənməz,çox zəngin bir sərvəti,
Sən dünyaya nur saçan bir Günəşsən,qoca Şərq.

İnsanların yaranmış incə ruhlu,gözəlliyə aludə,
Gözəl sözə,musiqiyə,zərif rəqsə şerlərə aludə.
Səslənən hər muğamat sanki ilahi bir ahəngdə,
Aparır dinləyəni çox sirli,əlçatmaz yüksəklərə.




                                  

Dünyanın yeddi möcüzəsinin neçəsi səndə məskun,
Zamana meydan oxuyan ehramlar səndə məskun.
Ən böyük memarlıq inciləri yenə də səndə məskun,
Üç cəhətə dərs verən bir hikmətsən,qoca Şərq.

Azərbaycan böyük Şərqin mədəniyyət beşiyidir,
Azərbaycan müdrik Şərqin qapısıdır,aynasıdır.
Nizami Şərq şeriyyətinin əlçatmaz zirvəsidir,
Dünya şeriyyətinin şah əsəri Nizami Xəmsəsidir.

Bu gün qan gölündə boğulur,sızlayır yaralı Şərq,
Günəşin batdığı Qərb dağıdır,parçalayır aydınlığı.
Qapından dayanıb baxıram əzabına,acına ey Şərq,
İnanıram azadlığın Günəşi gətirəcək sənə aydınlığı.

29.07.2013.


Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ