Sevinc Həmzəyeva- Rəqs edək…

Bu yazıya counter dəfə baxılıb
Sevinc Həmzəyeva(Sevinc Səyyad qızı Həmzəyeva) 1977 – ci il oktyabr ayının 29-da anadan olmuşdur. 1984-1994 – cü illərdə orta məktəbdə oxumuş, 1995 – ci ildə ADPU–nun Filologiya fakültəsinə daxil olmuş, 1999 – cu ildə həmin universitetin bakalavr pilləsini, 2001–ci ildə isə “Antik ədəbiyyat” ixtisası üzrə magistraturasını fərqlənmə diplomu ilə bitirmişdir. Hələ orta məktəb illərindən poeziyaya maraq göstərir.Dövri mətbuatda ara-sıra şeirləri ilə çıxış edib.Şeirləri “Sumqayıt Universiteti”, “Sözün Sehri” qəzetlərində dərc olunub.2012-ci ilin oktyabr ayının 6-dan Azərnbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin Fəxri üzvüdür. 2001 – ci ildən Sumqayıt Dövlət Universitetində Filologoiya fakültəsində işləyir.2003 – cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitunun “Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr” şöbəsində əyani aspiranturasına qəbul olmuş, 2006 – cı ildə prof. Vaqif Arzumanlının rəhbərliyi ilə “Azərbaycan – ingilis ədəbi əlaqələrinin inkişafında bədii tərcümənin rolu” adlı dissertasiyasını aspirantura müddətində tamamlamış və şöbəyə təqdim etmişdir. Hazırda həmin şöbənin əməkdaşıdır. Eyni zamanda Sumqayıt Dövlət Universitetində Filologiya fakültəsində dekan müavinidr, filologiya üzrə fəlsəfə doktorudur. Onlarla elmi məqalənin müəllifidir. Həmçinin dövri mətbuatda da yazıları ilə çıxış edir.
* * *
Rəqs edək… Musiqisiz, çalğısız, Qəlbimizin ahənginə… Əvvəl baxışların baxışımı qucaqlasın… Nəzərlərdə qovuşaq… Çəkmə məndən gözünü Həkk olunum bəbəyinə… Sonra… əllərimdən tut… barmaqlarını bircə –bircə oxşayım… Bircə – bircə öpüm baxışlarımla… Yanağına toxunum Ovcumun istisinə Alışsın üzün, eşq ilə… Sonra… Rəqs edək Qəlbindən süzülən nəğməyə Dodaqların incə –incə təmasında Duyğularımla baş – başa Sarmaşıb sənin duyğularına Rəqs edək… Sonra, içimə çəkim səni bir udum nəfəs kimi Sonra, içinə çək məni Sənə həyat verən Bir məlhəm kimi…
2008
* * *
İçimi didən həsrətin Könlümü üzən həsrətin Az qala… Məni sevdi həsrətin Səndən də çox…
Yarım oldun Bağrımı yaran oldun Xatirəmə həkk olunub yadım oldun Hərdən doğmadan doğma… Hərdən ögey, yadım oldun…
Hər anımda anılan… Hər yanımda duyulan Yandırdıqca… Həsrətinə sarılan Nəvazişim, mehrim, şəfqətim… Sənə həsrət Özüm kimi…
2008
* * *
Sən – həsrətlər içindən Sevgiyə bürünüb gəldin Sən – hicranın içindən vüsala çönüb gəldin Ayaz vurmuş budaq üstə Tumurcuğa dönüb gəldin Günəş boyda şəfəq olub zülmətləri dağıtdın…
Fərəh olub qəhərimi bir gülüşlə yox etdin Nəğmə olub hər sözümü musiqinlə dindirdin Ruhum olub bu canımda varlığımı diriltdin İnam oldun! Öz eşqinlə şübhələri dağıtdın…
2010
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ