Elşən Əzim - NAĞIL

Bu yazıya counter dəfə baxılıb









Biri varmış, biri yoxmuş,
Biri nahaq, biri haqmış.
Qalanı yadımdan çıxmış,
Huşumun olmayan vaxtı.

Bəzəyi, zəri yoxuydu,
Qəmi-qəhəri yoxuydu.
Ömrün zəhəri yoxuydu,
Aşımın olmayan vaxtı.

Baharla göz-gözə durdum,
Qar çıxanda dizə durdum.
Qar adamı düzəldirdim,
Qışımın olmayan vaxtı.

Uşaq idim, dinc durdular,
Tərif deyib qışqırdılar.
Üstümə it qısqırdılar,
Daşımın olmayan vaxtı

Çox sınıqlar bitişəcək,
Çox yaralar yetişəcək.
Göydən üç alma düşəcək,
Dişimin olmayan vaxtı.
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ