Bilikli ol, qoy
xalq sənin biliyindən
faydalansın, xeyir görsün,
biliksiz olsan, özgəsinin biliyinə
möhtac olarsan.( M.M.Nəvvab)
Vətən sadəcə daşdan torpaqdan ibarət deyil. Vətən
onun üzərində yaşayan insanlardan, o insanların duyqu və düşüncələrindən ibarətdir.
Qarabağ bizim torpaqdı, indi işğal altında olsa da, ancaq onun üzərində bir
zaman yaşayan insanlar o zaman da, indi də bizimdir. Düşmən o torpaqları öz
adına çıxsa da üzərində yaşayanlara heç vaxt sahib çıxa bilməz.
İndi Erməni çıxıb deyə bilərmi ki, Vaqif bizim
şairimizdir vəya İbrahim xan bizim xanımız olub. Bəlkə de deyər, axı onlardan hər
şeyi gözləmək olar.
Mir Möhsün Nəvvab da Qarabağın yetişdirdiyi dəyərli
insanlardan biridir, bir parça Qarabağdır.
Musiqişunas, rəssam, xəttat, nəqqaş,
tarixci, ədəbiyyatşunas və şair kimi tanınan Mir Möhsün Nəvvab 1833-cu ildə
Şuşa şəhərində, Hacı Seyid Əhmədin ailəsində anadan olmuş, butun ömrünü orada
yaşamışdır.
İlk təhsilini ruhani yanında alır,
daha sonra isə mədrəsədə təhsilini davam edir. O ərəb, fars və Türk dillərini
mükkəmməl öyrənir eyni zamanda astronomiya, kimya, riyaziyyat və digər elmlərin
əsaslarına yiyələnir.
Xatırladım ki, o zamanın mədrəsələri
indinin Univerisitetlərindən qat- qat güclü təhsil verirdi. Bir çox alimləri
yetişdirən bu elm ocaqlarında dünyəvi və dini təhsil eyni zamanda verilirdi.
İnsanların əxlaqı, mənəviyyatı da ən azı onların bilikləri qədər olurdu. Nəticədə
Mir Möhsün Nəvvab kimi dahilər yetişirdi.
İndi bir iki şeir yazan, əxlaqsızlığı
tərənnüm edən insanlara dahi deyilir nə yazıq ki. Baxın Nəvvab üç dil bilirdi və
bununla yanaşı bir çox elmləri indinin alimləri səviyyəsində mənimsəmişdi.
Nəvvabın adı çəkiləndə ağlımıza
ilk gələn Azərbaycan dilində yazılmış "Vüzuhül-ərqam" ("Rəqəmlərin
izahı") risaləsi və onun böyük bir müsiqişünas olmasıdır. Klassik ən'ənələr
ruhunda qələmə alınmış bu risalə Şərqdə
bu qəbildən yazılmış son risalələrdən biridir. Nəvvab Azərbaycanda həm də
sonuncu kimyagərlərdən, münəccimlərdən və köhnə məktəbə mənsub rəssamlardan
sayılır.
Nəvvab Şuşa şəhərində yaşayıb-
yaradıb. Yaşadığı zaman müddətində Şuşanın ictimai- mədəni həyatında fəal
iştirak edib, bir ağsaqqal kimi hörmət- izzət sahibi olmuşdur. O müxtəlif
mövzularda iyrimidən artıq kitab yazmışdır. Həmçinin özünün açdığı mətbəədə yüzlərlə kitab nəşr etdirmişdir. Yəni onunla
eyni zamanda yaşayan yazarlara da dəsdək olmuşdur.
Nəvvabı bir çox elmdən məlumatı
olsa da onun həyatında Ədəbiyyat və
Musiqinin xüsusi yeri olmuşdur. Onun qəzəlləri və o qəzəllərin üzərində bəsdələdiyi
musiqilər dillər əzbəri olmuşdur. Bu iki sahədə də birincilik edəcək olsaq Ədəbiyyat
deyərik. Bəli, Nəvvab Şair və Ədəbiyyatşünas idi hər şeydən öncə.
O iki məclis təşkil etmişdir Şuşa
şəhərində. "Məclisi-xanəndə" (Hacı Hüsü, Məşədi Cəmil Əmirov, İslam
Abdullayev, Seyid Şuşinski) adlı müsiqi məclisi bir o qədər də yaddaşlarda
qalmasa da "Məclisi-fəramuşan" adlı
ədəbi məclisi indi də yaddaşlarda öz
izini qoruyub saxlayır. Bu məclis ədəbiyyatımızın inkişafında böyük işlər
görmüşdür. Bu zamankı ədəbiyyat
tariximizə baxdıqda belə məclislərin demək olar ki, hər bölgəmizdə olduğunu
görürük.
Və
Nəvvabın Şuşadakı "Məclisi-üns",
Şamaxıdakı "Beytüs-Səfa", Bakıdakı "Məcməüş-şüəra" ilə sıx əlaqələr
saxladığını da görürük.
Bu məclislərlə məktublaşmalar
olur, yazarların bir- birilərini yaxından tanıması üçün şərait yaradılırdı.
Şuşadakı “ Məclisi- üns” məclisi ilə isə əlaqələr daha sıx idi. Tez- tez
yazarlar bir- birilərinin məclisinə qonaq gəlir, birlikdə müzakirələr
aparılırdı.
Abdulla bəy Asi, Fatma xanım Kəminə,
Məşədi Eyyub Baqi, Xan Qarabaği, Abdulla Həsən Şahid "Məclisi-fəramuşan" –a gələn şairlərdən idi.
Mir
Möhsün Nəvvabın "Təzkireyi-Nəvvab"
adlı maraqlı bir təzkirəsi də var. Burada XIX əsrdə Qarabağdan çıxmış 100-dən
artıq şairin həyatı və yaradıcılığı haqqında məlumatlar toplanmışdır.
Maraqlı və mənalı bir ömür 1918 ci
ildə Şuşa şəhərində yeni bir mərhələyə qədəm qoymuşdur. Bədən olaraq bu
dünyadan ayrılan Nəvvab elmi və əsərləri ilə isə sonsuza qədər vətənində və vətənin
sərhədlərindən çox- çox uzaqlarda yaşayacaqdı.
Tural Sahab.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ