Günel Treu - YALAN DANIŞ

Bu yazıya counter dəfə baxılıb















baş qoyum dizin üstə,
saçlarıma sığal çək.
mənim kimi birisi
ömrünə gəlməyəcək.

mənə sevgidən danış,


yalan danış, razıyam.
aldanıb, için-için
sinən üstə uyuyam.

islansın yaxan-başın
ağlayım həzin-həzin.
batağ günah selinə,
bizi kimsə bilməsin.

hardan üz-üzə gəldik
harda, biz başıdaşlı?
sən sevgisi tükənmiş,
mənsə yaşından yaşlı.

yıxılaram, əzizim
sənsiz ciyərim yanar.
sənin yanından başqa,
ovunan yerimmi var?


Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ