Ayna Məmmədova- Alın yazımız....
Bu yazıya
dəfə baxılıb
Alın yazımızın ütüsü yoxdu...
Qırışlar qaldıqca dərdlər çoxalır...
Dərd insan tapmır ki, insan dərdi tapır...
Bir kimsəsiz sevda, bir dilənçi duyğu əl açıb alın yazısından pay istəyir...
Alın yazısına əl açırıq doğulan gündən...
Sanki alın yazımız əlimizi heç vaxt əliboş geri qaytarmayacaq kimi...
Əlimizə alırıq alın yazımızı, barmaqlarımızı arasından sürüşüb düşür...
Sinəmizə basırıq alın yazımızı, sinəmizi deşir...
Alın yazımızı bəzən başımıza qaxırlar...
Alın yazımız bizim adımızdı, soyadımızdı...
Sonra yaşadığımız məmləkət...
Sonra sevdiklərimiz...
Bir uçuruma yuvarlansaq ən birinci alın yazımızı lənətləyirik...
Sanki yanan da, yaman da o...
Yıxılsaq da alın yazımızdı, yıxılmasaq da...
Sevsək də alın yazımızdı, sevməsək də...
Yaşasaq da alın yazımızdı, yaşamasaq da...
Aldansaq da alın yazımızdı, aldatsaq da...
Bəzən xəyanət də, sədaqət də, məhəbbət də alın yazısıymış...
Bir yağış yağa, alın yazımızı yuya apara...
başqa heç nə.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ